Bu gün Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanının əsas nümayəndəsi, şair, yazıçı, dramaturq, milli romantik şeirin və mənzum faciənin banisi Hüseyn Cavidin anadan olmasından 140 il ötür. ADMİU Kitabxana-İnformasiya Mərkəzi bu münasibətlə ənənəvi və virtual ədəbiyyat sərgisi təşkil edib.
Sərgidə H.Cavid irsinə məxsus əsərlər, onun haqqında qələmə alınmış monoqrafiyalar, dahi şairin həyat və fəaliyyətinə aid maraqlı faktlarla zəngin qəzet və jurnal materialları oxuculara təqdim olunur.