ADMİU-NUN TƏLƏBƏSİ QRANT MÜSABİQƏSİNİN QALİBİ OLUB
ADMİU-NUN TƏLƏBƏSİ QRANT MÜSABİQƏSİNİN QALİBİ OLUB
18.10.2022
Azərbaycan Respublikası Gənclər Fondunun 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib. Qaliblər sırasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya fakültəsinin II kurs magistr tələbəsi Yusif Cəfərbəyli də yer alıb. Y.Cəfərbəyli “Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş "Milli Musiqi" müsabiqəsi” layihəsi ilə müsabiqənin qalibi olub.