Oktyabrın 6-da Türkiyənin Çanaqqala 18 Mart Universitetindən Özlem Atıcının rəhbərliyi ilə türkiyəli müəllim və tələbələrdən ibarət nümayəndə heyətinin Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə (ADMİU) səfəri baş tutub.
Səfər çərçivəsində qonaqlar ADMİU-nun Rəssamlıq fakültəsində xüsusilə təcrübi fənlərin tədris prosesi ilə yaxından tanış olub, fakültənin müəllim-tələbə heyəti ilə fikir mübadiləsi aparıblar.
Sonda qardaş ölkənin nümayəndə heyəti universitet rəhbərliyinə onlara yaradılan şərait üçün minnətdarlığını bildirərək ADMİU-nun təlim-tədris metodikasını, tələbələrin təcrübi fəaliyyətini yüksək qiymətləndirərək hər iki təhsil müəssisənin qarşılıqlı əlaqələrinin böyük məmnuniyyətlə davam etdirilməsini arzulayıblar.