ADMİU-DA “TURİZMİN MÜASİR İNKİŞAF DİNAMİKASI VƏ İNNOVASİYA PROSESLƏRİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
ADMİU-DA “TURİZMİN MÜASİR İNKİŞAF DİNAMİKASI VƏ İNNOVASİYA PROSESLƏRİ” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
29.09.2022
Sentyabrın 29-da Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kulturologiya Fakültəsi "Turizm və kitabxana- informasiya fəaliyyəti" kafedrasının təşkilatçılığı ilə 29 sentyabr “Turizm işçiləri günü” peşə bayramı ilə əlaqədar “Turizmin müasir inkişaf dinamikası və innovasiya prosesləri” mövzusunda dəyirmi masa keçirilib.
Tədbiri giriş sözü ilə fakültənin dekanı dosent Vasif Adilov açıb, günen məna və əhəmiyyətindən bəhs edib.
Dəyirmi masada "Turizm və kitabxana – informasiya fəaliyyəti" kafedrasının müdiri Səyavuş Məhişov, kulturologiya elmləri doktoru, professor İlqar Hüseynov, iqtisadiyyat üzrə fəlsəfə doktoru, dosent Ağamirzə İsfəndiyarov çıxış ediblər. Tədbirdə turizmin müxtəlif istiqamətləri üzrə I və II kurs magistr tələbələri: Əmanət Abbaslı, Mətanət Abdullayeva, Rusif Əliyev, Leyla İsayeva, Fuad Əliyev, Aydan Məmmədova hazırladıqları təqdimatlarla çıxış ediblər.