Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
Azərbaycanda 2022-ci ilin “Şuşa ili” elan edilməsi münasibətilə “Mədəni irsin qorunmasının aktual problemləri”
Beynəlxalq elmi-praktik konfrans
İngilis, Türk, Rus dillərində
EKSPERTLƏR
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti 28 oktyabr 2022-ci il tarixində Azərbaycanda 2022-ci ilin “Şuşa ili” elan edilməsinə həsr edilmiş
“Mədəni irsin qorunmasının aktual problemləri” mövzusunda
Beynəlxalq elmi-praktik konfrans keçirir.
Konfransın aşağıdakı bölmələr üzrə aparılması nəzərdə tutulmuşdur:
1. Qarabağın itirilmiş mədəni irsinin geri qaytarılması problemləri
2. Mədəni irsin identifikasiyası, inventarlaşdırılması və rəqəmsallaşdırılması
3. Qeyri-maddi mədəni irsin aktuallaşdırılması
4. Mədəni irs – turizmin inkişafının potensial obyekti kimi
5. Mədəni irsin qorunmasının normativ-hüquqi mexanizmləri
Konfransın işçi dilləri: Azərbaycan, türk, ingilis və rus dilləridir.
Konfransın yerli iştirakçılar üçün
offline, xarici iştirakçılar üçün isə
Zoom platformasında aparılması nəzərdə tutulmuşdur. Konfransda iştirakla bağlı məlumat və məqalə elektron formatda 28 avqust 2022-ci ildən gec olmayaraq aşağıdakı ünvana göndərilməlidir:
E-mail: medeniirs2022@gmail.сom
Konfransın təqvimi:
Məqalələrin göndərilməsi üçün son tarix
|
28 avqust 2022-ci il
|
Qəbul olunmuş məqalələr haqqında məlumatın verilməsi
|
|
Konfransın plenar iclasının açılış mərasimi
|
28 oktyabr 2022-ci il
|
Bölmə iclasları
|
28 oktyabr 2022-ci il
|
Konfransın bağlanış mərasimi
|
28 oktyabr 2022-ci il
|
FORMA 1. Məqalənin tərtibi qaydaları:
1. Həcmi 5 səhifəyə qədər, format A4, ölçü 14, şrifti Times New Roman, hər tərəfdən 2.0 sm., 1,5 interval, abzas 1.25. Mətnin sözləri sətirdən sətrə keçirilmədən yığılmalıdır.
2.
Xülasə: Azərbaycan, türk, ingilis və rus dillərində.
3.
Açar sözlər: 5 sözdən ibarət olub, məqalənin adından sonra göstərilməlidir.
Məqalənin strukturu:
1. Müəllifin soyadı, adı, atasının adı, elmi dərəcəsi, iş yeri, ünvanı və əlaqə telefonu zəruridir (qalın şriftlə)
2. Təşkilat və şəhərin adı (adi şriftlə)
3. Məqalənin adı böyük hərflərlə (qalın şriftlə)
Konfransın mövzusuna və qoyulan tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək, bununla bağlı müəlliflərə əlavə məlumat verilməyəcək. Qəbul edilmiş məqalələr toplu şəklində nəşr olunacaqdır. Məqalənin nəşri ödənişlidir.
Təşkilati məsələlərlə bağlı suallarınızı bu ünvana göndərə bilərsiniz: Azərbaycan Respublikası, Bakı şəhəri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, AZ 1065, İnşaatçılar prospekti 39.
E-mail: medeniirs2022@gmail.сom
Telefonlar: +99412599-00-54, daxili 130.
FORMA 2. Konfransda iştirak üçün bildiriş
Müəllifin soyadı, adı, atasının adı
|
|
İş yeri
|
|
Vəzifəsi, elmi adı və dərəcəsi
|
|
Telefon
|
|
E-mail ünvanı
|
|
Məqalənin adı
|
|
Açar sözlər
|
|