Respublikanın ali təhsil müəssisələri kitabxanalarının elmi-metodiki mərkəzi olan Bakı Dövlət Universitetinin Elmi Kitabxanası müvafiq kitabxana fondlarının çap məhsullarından daha səmərəli istifadənin təşkil edilməsi məqsədilə sənəd-informasiya resurslarının mübadiləsini uğurla davam etdirir. Bununla əlaqədar BDU-nun Elmi Kitabxanası tərəfindən ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin sənəd-informasiya resursları fonduna 50 nüsxə nəşr hədiyyə olunub. Dramaturgiyaya dair kitablar Azərbaycan, rus və dünya ədəbiyyatının görkəmli klassik və müasir ədiblərinin peyslərini əhatə edir. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən “Klassik Azərbaycan ədəbiyyatı”, “Müasir Azərbaycan ədəbiyyatı”, “Dünya ədəbiyyatı klassikləri”, “Dünya ədəbiyyatı antologiyaları”, “Dünya ədəbiyyatı” seriyası ilə çap olunmuş bu nəşrlər universitetin professor-müəllim heyəti və tələbələrinin tədris prosesində ən çox istifadə etdiyi və yüksək tələbatı olan əsərlərdən ibarətdir.