Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) SABAH qrupları 34-cü Beynəlxalq Teatr Festivalına yola düşüb.
Tələbələrimiz 3-13 iyun tarixlərində keçiriləcək festivalın açılışında iştirak ediblər. Festivalın növbəti günlərində IV kurs tələbələrinin iştirakı ilə festivalda “Tufan” və “Adsız Ulduz” tamaşaları nümayiş olunacaq. Hər iki tamaşanın quruluşcu rejissoru Əməkdar artist Nofəl Vəliyevdir.
Beynəlxalq festival ümumilikdə 400 teatr aktyoru və 34 tamaşanı Türkiyənin Dənizli şəhərində bir araya gətirib.
Festivalda 20-dən çox yerli və beynəlxlaq iştirakçılar- Azərbaycan, Qətər, Qırğızıstan, Kipr, Kosova, Bursa, Kocaeli, Muğla, Balıkesir, Qaziantep, İzmir, Antalya, Konya, Manisa, Diyarbakırdan olan teatr kollektivleri iştirak edirlər.
Ümumi festival haqqında əlavə Məlumat linki:
https://www2.denizli.bel.tr/yayin/?d=Tiyatro-Festivali-34/index.html#page/1