Mayın 27-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Musiqi sənəti fakültəsi “Aşıq sənəti” kafedrasının baş müəllimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Hafiz Kərimov və müəllim Murad Səmədzadənin 28 May Respublika gününə həsr olunmuş sinif konserti keçirilib. Konsertdə kafedranın əməkdaşları ilə yanaşı, Musiqi sənəti fakültəsinin dekanı İradə Xəlilova, dekan müavini Mehriban Qasımova, kafedra müdirləri və müəllimlər iştirak ediblər.
Konsertdə tələbələr Azərbaycan bəstəkarlarının müxtəlif xarakterli əsərlərini ifa ediblər. Tələbələri fortepianoda “Aşıq sənəti” kafedrasının konsertmeysteri İlahə Rəncibər müşayiət edib.