YAP-A YENİ ÜZV OLAN ƏMƏKDAŞLARA VƏ TƏLƏBƏLƏRƏ PARTİYA BİLETLƏRİ PAYLANILIB
YAP-A YENİ ÜZV OLAN ƏMƏKDAŞLARA VƏ TƏLƏBƏLƏRƏ PARTİYA BİLETLƏRİ PAYLANILIB
26.05.2022
Mayın 25-də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Yeni Azərbaycan Partiyasına (YAP) yeni üzv olan müəllimlərinə, əməkdaşlarına və tələbələrinə partiya biletləri paylanıb.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev YAP-ın müasir Azərbaycan tarixində oynadığı mühüm roldan bəhs edib və ADMİU-nun öz müəllim-tələbə kollektivilə hər zaman rayon partiya təşkilatının tədbirlərində şövqlə iştirak etdiyini vurğulayıb.
ADMİU-nun rektoru, professor Ceyran Mahmudova çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası hər zaman fəaliyyətində gənclərin inkişafına geniş imkanların yaradılmasına, onlarda milli şüurun vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Prezident cənab İlham Əliyev və onun rəhbərliyi ilə YAP–ın fəaliyyətinin prioritet istiqamətlərindən biri kimi, bu gün də Azərbaycan gənclərinin hərtərəfli inkişafı, ölkənin ictimai – siyasi, sosial – mədəni həyatındakı rolunun artması, idarəçilik strukturlarında geniş təmsil olunması xüsusi diqqət mərkəzindədir.
Sonda YAP sıralarına yeni üzv olan əməkdaşlara partiya vəsiqələri təqdim edilib.