Bolmələr
 

 

 
 

 

   
 

 

   
 

 

   
 

 

 

 

Muzey

 

 

 

 

 

 

Muzey



1997-ci ildən ADMİU-da müəssisə muzeyi fəaliyyət göstərir. Muzeydə ADMİU-nun müəllim və tələbələrin müxtəlif illərdə yaratmış olduqları bədii sənət əsərləri, diplom işləri, ADMİU-nun 85 ildən artiq bir dövrü əhatə edən həyatını əks etdirən fotolar, arxiv sənədləri, mükafat və təltiflər nümayiş etdirilir. Muzey bir ekspozisiya zalından, altı bölmədən ibarətdir. Burada elmi tarixi sənədlərlə yanaşı rəngkarlıq, heykəltaraşlıq və qrafika əsərləri, həmçinin xalça, tikmə, bədii keramika, bədii şüşə nümunələri vardır.
Muzeydəki xatirə kitabında muzey eksponatlarına tamaşa etmiş görkəmli şəxsiyyətlərin – tanınmış elm, mədəniyyət və dövlət xadimlərinin, ictimai xadimlərin, millət vəkillərinin, xarici qonaqların, diplomatik nümayəndəliklərin işçilərinin muzey haqqında xoş təəsüratları, ürək sözləri öz əksini tapır.


Muzey Muzey

 

 

 

Elmi Nəşrlər