 |
Mədəniyyət tarixi və nəzəriyyəsi : ali məktəblər üçün dərslik. - Bakı: Sabah, 2010. - 876 s.
Dərslik mövcud proqram əsasında yazılaraq mədəniyyətin nəzəri problemlərini və dünya
mədəniyyətinin əsas dövrlərini əhatə edir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin əməkdaşlarının hazırladığı bu dərslik tələbələr, magistrlar, aspirantlar, tədqiqatçılar, müəllimlər və müvafiq problemlərlə maraqlanan geniş oxucu auditoriyası üçün nəzərdə tutulmuşdur.
|
 |
Kazımzadə, A. Kino və zaman / Aydın Kazımzadə. - Bakı : Şərq-Qərb, 2016. - 784 s.
Bu kitab müxtəlif növlü, janrlı filmləri beynəlxalq mükafatlara layiq görülən, neçə-neçə yaradıcı və texniki nəslin çalışdığı Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının yaradıcılıq yoluna həsr olunub. Azərbaycan kino tarixini sistemli şəkildə araşdırmaqla yanaşı, davamlı pedaqoji fəaliyyətlə də məşğul olmuş əməkdar incəsənət xadimi Aydın Kazımzadənin bu kitabında kinostudiyanın keçdiyi yaradıcılıq yolu tədqiqat obyektinə çevrilmişdir. Burada kinomuzun təşəkkülü və inkişafı, sənətkarlarımızın yaradıcılıq axtarışları barədə müfəssəl söhbət açılıb.
|
 |
Abdulla, K. Sehrbazlar dərəsi : roman / Kamal Abdulla ; red. Ə. Mirzallı; ön sözün müəl. A. Talıbzadə. - Bakı: Mütərcim, 2006. - 224 s.
Bu roman xirqə-xirqədir. Xirqələrsə sanki tül pərdələrdir atılıb personajların üstünə. Çünki bu personajlar yalnız səhranın ilğım koordınatlarında mövcuddurlar. Bəli, bəli, onlar yaşamırlar, məhz mövcuddurlar, ilğımlarda mövcuddurlar. Və bu mövcudiyyətin öz missiyası var: başlanğıca dönmək…
|
 |
Talıbzadə, A. Min maska və bir mən ... yaxud islam mədəniyyətinin semiolojisi : məqalələr toplusu /Aydın Talıbzadə ; Azərb. Resp. Mədəniyyət və Turizm Nazirliyi. - Bakı: Təhsil, 2015. - 372 s.
Bu risalə kulturoloji, etnoqrafik, elminəzəri məqalələr, fəlsəfi esselər toplusudur, İslam mədəniyyətinə, dünyaya, sənətə maraqlı yanaşma yönüdür, düşüncə spektridir.
|
 |
Fərhadov, R. Rafiq Babayev: mövzu və improviz/ Rauf Fərhadov, Fərizə Babayeva ; rus dilindən tərc. A. Talıbzadə. - Bakı, 2012. - 245 s.
Bu kitab Azərbaycanın tanınmış caz ustadı Rafiq Babayevin həyat və yaradıcılığının güzgüsü kimi qəbul edilə bilər. Kitabda gerçəklik və təxəyyül bir-birinə harmonik bir vəhdətdə qarışıb Rafiq Babayevin fikir və hisslər dünyasını işıqlandırır. Ona görə də kitab həm tarixilik baxımından, həm caz nəzəriyyəsinə səyahət baxımından, həm ədəbi gəzişmələr baxımından maraq doğurmaq iqtidarındadır.
|
 |
Talıbzadə, A. Ustad və Ayna: ruhun, çinarın, telefonun ekran estetikası: bədii-publisistik salnamə /Aydın Talıbzadə; red. T. Əlişanoğlu. - Bakı: Çinar-çap, 2004. - 290 s.
Bu bədii-publisistik monoqrafiya XX əsrin 80-90-cı illərində Azərbaycan teleteatrının bir nömrəli rejissoru Ramiz Həsənoğlunun yaradıcılığını dövrün ictimai-siyasi, bədii-estetik kuralları müstəvisində təhlilə çəkir, zəmanəni lal məişət predmetlərinin dilində "danışdırır", faktura ilə ruh arasında gəzintiyə çıxır. Monoqrafiya elə yazılıb ki, burada Ramiz Həsənoğlunun çəkdiyi teletamaşalar və telefilmlər zamanın, dövrün mahiyyətini açan bir kod kimi götürülür.
|
 |
Talıbzadə, A. Faciə: janriçi mutasiyalar: dərsdənkənar oxu /Aydın Talıbzadə ; elmi red. K. Abdulla ; naşir Z. Həsənzadə. - Bakı: Kritika, 2017. - 210 s.
Kitabda janrın fəlsəfəsini (fəlsəfi konseptlərini), sosio-psixologiyasını (toplumda yaratdığı diskursları) panoramlaşdırmağa, insanın ruhsal ovqatına, ünsiyyət faktoruna təsirini şərtləndirən kodları açmağa, onların altyapısını öyrənməyə, müxtəlif mütəxəssislərin faciə ilə bağlı fikirlərinin mozaikası içindən sivişib öz konsepsiyasını aktuallaşdırmağa, postdramatik teatr müstəvisində faciənin necə anlaşıldığını elmin gündəminə gətirməyə çalışır.
|
 |
Talıbzadə, A. Şərq teatr tarixi : ali məktəblər üçün dərslik /Aydın Talıbzadə ; elmi red. N. Mehdi. - Bakı: Zərdabi, 2020. - 343 s.
“Şərq teatr tarixi” dərsliyi Şərq ölkələrinin ənənəvi teatr formaları tarixinin, poetika və estetikasının sistemli bir şəkildə araşdırılmış versiyasını təqdim edir.
|
 |
Mehdi, N. Sənətin arxeologiyası. Sənətin arxitektonikası/ Niyazi Mehdi ; red. A.Talıbzadə. - Bakı: Qanun, 2007. - 342 s.
Kitab geniş, ancaq diqqətli oxucu çevrəsi üçün yazılıb, hərcənd incəsənət araşdırıcıları üçün də faydalı ola bilər. "Sənətin axeologiyası, Sənətin arxitektonikası" kitabı Azərbaycan incəsənəti ilə bağlı prinsipial yeni nəzəri modellər qurmaq iddiası ilə yazılmayıb. Niyazi Mehdi, sadəcə, Batı elminə XX yüzil boyu yaransa da həmişə extraordinarlığını saxlamış freydizm, yunqiançılıq, semiotika, srukturalizm paradiqmalarından istifadə edib.
|
 |
Talıbzadə, A. Əbuhübb (M+O+N+A+M+O+R)/ Aydın Talıbzadə. - Bakı: Qanun, 2014. - 320 s.
“Əbuhübb” təsəvvüf parolundan götürülmüş bir addır; mənasını tapmaq üçün gərək romanı oxuyasan. “Monamor” isə artıq müəllif şifrəsidir. Bu sözü güzgü prinsipilə açanda “roman om” alınır, yəni “Om romanı”… Veda ənənəsində Om mantradır, özündə hər şeyi və bütövlükdə kainatı ehtiva edən sakral səsdir. Roman iki müxtəlif gerçəklik, iki müxtəlif zaman müstəvisində inkişaf etdirilir və bu müstəvilər yalnız ruhsal qatda bir-birilə baxışır. Əslində isə bu roman müasir dərvişəbənzər bir rəssamın yaşantı və düşüncələrindən hörgülənib. Sevgi və qanun, sevgi və mənəvi borc, sevgi və əxlaq romanın hədəflədiyi mövzulardır.
|
 |
Dadaşov, A. Kinoşünaslıq: dərslik. - Bakı: Elm və Təhsil, 2009.- 539 s.
Əməkdar incəsənət xadimi, dövlət mükafatı laureatı filol. e. d-ru., professor A. Ə. Dadaşov Azərbaycan dilində yazılmış ilk dərslik olan "Kinoşünaslıq" kitabında kino sənətinin yaranma və inkişaf prosesinin mövcud nəzəri əsaslarla, müqayisəli təhlil metodu ilə izləməklə, təhlilə cəlb olunan filimləri mövzu, strukturu, üslub və janr problemləri istiqamətində araşdırır.
|
 |
Əlizadə, A. Ansambl ifaçılığının əsasları. - Bakı: Zərdabi, 2017. - 124 s.
Təqdim olunan iş ali və orta musiqi tədris müəssisələrində “Kamera ansamblı” fənni üzrə dərslik kimi istifadə üçün nəzərdə tutulmuşdur.
|
 |
Əlizadə, M. Teatr : seyr və sehr... : milli teatr prosesi problemləri. Bakı: Elm. - 250 s.
Monoqrafiyada Azərbaycan milli teatr prosesi milli sənət təfəkkürü və teatr düşüncəsi kontekstində təhlil olunur. Müxtəlif milli teatr sənətinin özəl qaynaqlarını əski və klassik sənət növləri, el-oba oyunları, adət-ənənələrində görüb onun institutsional (təsisatlı) sənət növü səviyyəsinə-yüksəliş mərhələsini ayrıca tədqiq edir. Müəllifin diqqətinin xüsusilə teatr prosesinin “ uzaq proqnozu”- İdealı və prosesin təzahürü olan milli teatr poetikasının elmi-nəzəri problemləri və praktiki təcəssümü məsələləri cəlb edir. Araşdırmalarının elmi qənaətlərinə söykənərək müəllif çağdaş milli teatr prosesinin vəziyyətini və yeni bazar iqtisadiyyatı mərhələsinə uyğunlaşdırılma (adaptasiya) təkliflərini irəli sürür.
|
 |
Rəhimli, İ. Azərbaycan teatr tarixi.- Bakı: Çaşıoğlu, 2005. - 864 s.
Azərbaycan teatr tarixi milli teatrşünaslıq elmimizdə ilk dəfə belə monumental və fundamental şəkildə araşdırılıb. Müəllif kökü eramızdan əvvəllərə gedib çıxan xalq oyun-tamaşalarından tutmuş çağdaş teatr prosesinə qədər böyük bir dövrü əhatə edib.
Kitabda həmçinin Tiflis, İrəvan, Aşqabad və Təbriz şəhərlərində fəaliyyət göstərmiş Azərbaycan teatrlarının tarixi də bölmə-bölmə araşdırılıb. Onlarla dramaturqun və teatr xadiminin yaradıcılıq portret-oçerkləri zəngin faktlarla işlənilib.
|
 |
Antik ədəbiyyat antologiyası : 2 cilddə / tərt. Ə. A. Sultanlı ; bur. məsul U. Rəhimoğlu.
I cild / tərc.: M. M. Rzaquluzadə [et al.]. - Təkrar nəşr. - Bakı : Avrasiya Press, 2006. - 496 s. - (Dünya ədəbiyyatı)
Kitaba qədim yunan xalq ədəbiyyatı nümunələri, müxtəlif əsatirlər və miflər, eyni zamanda antik yunan ədəbiyyatı korifeylərindən Homerin, Hesiodun, Esxilin, Sofoklun, Aristofanın, Aristotelin uzun əsrlər boyu dünya ədəbiyyatı xəzinəsini bəzəyən inciləri daxil edilmişdir.
|
 |
Nəcəfzadə, A.İ., Məmmədəliyev V.M. Muğam: ali musiqi məktəbləri üçün dərs vəsaiti. - Bakı, 2017. - 160 s.
Kitabda Azərbaycan məqamlarının not nümunələri (səs sırası) təqdim edilərkən müvafiq muğam dəstgahlarının tonallıqları (tar aləti əsas götürülərək) olduğu kimi saxlanılmışdır.
|
 |
Əliyeva-Kəngərli, G. Sufizm / Gülşən Əliyeva-Kəngərli ; red. İsa Həbibbəyli. - Bakı: Aspoliqraf, 2014. - 160 s.
Müəllif neçə illər ərzində apardığı tədqiqtda sufizmə bədii-fəlsəfi cərəyan kimi baxır, sufizmin təşəkkülündə və yayılmasında bədii ədəbiyyatın rolunu aşkara çıxarmağa çalışır. Burada sufizmin mənşəyi və mahiyyəti, türk sufizmi, Azərbaycan ədəbiyyatında sufizm problemləri təhlil edilir.
|
 |
Quliyev, Ə. Səhnə danışığı : Mədəniyyət və İncəsənət Universitetinin tələbələri üçün dərslik / Əzizağa Quliyev ; elmi red. N. Şəmsizadə ; rəyçilər A. Babayev [və b.]. - Bakı: Ziya, 2011. - 280 s.
Kitabda nəzəri materialla yanaşı verilmiş geniş və müxtəlif xarakterli çalışmalar sistemi tələbələrin "Səhnə danışığı" fənninə dərindən və hərtərəfli yiyələnmələrinə böyük imkan yaradır.
|
 |
Talıbzadə, A. Mehdi müəmması və ya sənətdə konseptual hamletizm : monoqrafiya/ Aydın Talıbzadə, Zəfər Nemətov ; elmi red. Ə.Vəliyev ; AR Mədəniyyət və Turizm Naz-yi. - Bakı : Elm və Təhsil, 2009. - 384 s.
|
 |
Talıbzadə, A. Teatral freskalar : məqalələr toplusu / Aydın Talıbzadə ; elmi red. Ə.M. Vəliyev; red. A.İ. Quliyeva; Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi. - Bakı : Təhsil, 2015. - 416 s. ; 21,5 sm. - Azərbaycan və rus dillərində. - Azərbaycan teatrı - 140.
"Teatral freskalar" elə bir topludur ki, müəllif bura aktyorlara, rejissorlara və hətta şairlərə həsr etdiyi portret yazılarını, məqalələrini, etimoloji "xarakirilərini" yığıb, mədəniyyətin fəlsəfəsi və nəzəriyyəsinə dair miniatür araşdırmalarını cəm eləyib.
|
 |
Mahmudova, C. İmruz Əfəndiyeva. - Bakı : Şərq-Qərb, 2014. - 32 s.
ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovanın bu kitabında musiqişünas İmruz Əfəndiyeva haqqında məlumatlar öz əksini tapmışdır.
|
 |
Mahmudova, C. Azərbaycan bəstəkar mahnılarında poeziya ilə musiqi : monoqrafiya. - Bakı: Mars Print, 2009. - 254 s.
ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovanın bu monoqrafiyasında Azərbaycan bəstəkarlarının öz mahnılarında müraciət etdikləri poetik mətnlər hecaların artan sırasına uyğun qruplaşdırılır, milli musiqimizdə mahnı janrının inkişafında dərin iz qoymuş bəstəkarlardan Səid Rüstəmov və Tofiq Quliyev, habelə onların yolunu uğurla davam etdirmiş Emin Sabitoğlu, Oqtay Kazımi, Elza İbrahimova və Cavanşir Quliyevin mahnılarında poetik mətnin təcəssümü və, ümumiyyətlə bu sənətkarların mahnı yaradıcılığının səciyyəvi xüsusiyyətləri araşdırılır.
|
 |
Mahmudova, C. Elza İbrahimova. - Bakı: Şərq-Qərb, 2015. - 32 s.
ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovanın bu kitabında Azərbaycanın və Dağıstanın Xalq artisti, bəstəkar Elza İbrahimovanın yaradıcı fəaliyyətindən bəhs edilir.
|
 |
Talıbzadə, A. Min maska və bir mən... yaxud islam mədəniyyətinin semiolojisi : məqalələr toplusu. - Bakı : Təhsil, 2015. - 376 s.
ADMİU-nun “Teatrşünaslıq” kafedrasının müdiri, professor Aydın Talıbzadənin bu risaləsi kulturoloji, etnoqrafik, elmi-nəzəri məqalələr, fəlsəfi esselər toplusudur, islam mədəniyyətinə, dünyaya, sənətə maraqlı yanaşma yönüdür, düşüncə spektridir.
|