XƏBƏRLƏR

25.04.2019
MƏRKƏZDƏ “OXU GÜNÜ” QEYD OLUNUB
Bilindiyi kimi, UNESKO-nun qərarına əsasən, hər il aprelin 23-ü beynəlxalq səviyyədə “Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” kimi qeyd edilir. Bu məqsədlə Kitabxana-informasiya Mərkəzində “Oxu günü”nə həsr olunmuş "Kitab zəka mənbəyidir" mövzusunda tədbir keçirilib.

Ətraflı





24.04.2019
MƏRKƏZ TƏLƏBƏLƏR ÜÇÜN İSTEHSALAT TƏCRÜBƏSİ BAZASI KİMİ
Kitabxana-informasiya Mərkəzində fevral ayının 18-dən universitetin Kulturologiya fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə IV kurs əyani tələbələri təcrübə keçir. May ayının 24-nə kimi nəzərdə tutulan 14 həftəlik istehsalat təcrübəsinə mərkəzin müdiri Tamilla Əsgərova rəhbərlik edir.

Ətraflı





21.02.2019
ADMİU-NUN KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNDƏ “MİRZƏ CƏLİL DÜHASI” MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLİB
Məlum olduğu kimi, bu il fevral ayının 22-də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olacaq.

Ətraflı



05.02.2019
FONDA YENİ DAXİL OLAN ƏDƏBİYYATIN SƏRGİSİ AÇILIB
Mərkəzin ədəbiyyat fondunun cari komplektləşdirilməsi uğurla davam edir. Belə ki, mütəmadi olaraq yeni nəşrlərlə zənginləşən sənəd-informasiya resursları fonduna bu günlərdə profilə uyğun 164 nüsxə ədəbiyyat hədiyyə olunmuşdur.

Ətraflı





01.02.2019
ADMİU-NUN KİTABXANAÇILIQ VƏ İNFORMASİYA İXTİSASI ÜZRƏ TƏHSİL ALAN TƏLƏBƏLƏRİ BAKI KİTAB MƏRKƏZİNİN FƏALİYYƏTİ İLƏ TANIŞ OLUBLAR
Bugünlərdə ADMİU-nun Kulturologiya fakültəsinin Kitabxanaçılıq və informasiya ixtisası üzrə təhsil alan 4-cü kurs tələbələri Bakı Kitab Mərkəzinin (Baku Book Center) fəaliyyəti ilə yaxından tanış olmaq üçün həmin müəssisədə olublar.

Ətraflı


31.01.2019
CAVİDŞÜNASLIĞA DAİR DƏYƏRLİ ÇOXCİLDLİ NƏŞR FONDUMUZA DAXİL OLUB
Bu günlərdə mərkəzin sənəd-informasiya resursları fonduna qiymətli kitablar daxil olmuşdur. AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Azərbaycan və Türk xalqlarının ədəbiyyatı və incəsənətinin tarixi inkişaf dinamikası və multikultural proseslərin perspektivləri” adlı layihə çərçivəsində 2018-ci ildə çapdan çıxan 10 cildik “Cavidşünaslıq” araşdırmalar toplusu mərkəzə hədiyyə olunmuşdur.

Ətraflı




03.11.2018
KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNİN ƏMƏKDAŞI REGİONAL TƏDBİRDƏ MƏRUZƏ İLƏ İŞTİRAK EDİB
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzinin əməkdaşı, Turizm və kitabxana-informasiya kafedrasının müəllimi...

Ətraflı


17.10.2018
MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏTƏ DAİR MİNİATÜR KİTABLARIN SƏRGİSİ TƏŞKİL OLUNMUŞDUR
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində 15-19 oktyabr tarixlərində mədəniyyətin və incəsənətin müxtəlif mövzularına həsr olunmuş “Miniatür incilərimiz” adlı kitab sərgisi təşkil olunmuşdur.

Ətraflı





28.09.2018
AMDİU BEYNƏLXALQ ELMİ-PRAKTİKİ KONFRANSDA TƏMSİL OLUNUB
Azərbaycan Milli Kitabxanasında sentyabr ayının 27-28 tarixlərində “Milli Kitabxanalarda innovasiyalar – dəyişikliklərin əsası və inkişafın istiqaməti kimi” mövzusunda Beynəlxalq Elmi-praktik Konfrans keçirilmişdir.

Ətraflı



27.09.2018
ADMİU-NUN KİTABXANA-İNFORMASİYA MƏRKƏZİ YENİ OXUCULARINA XİDMƏT GÖSTƏRMƏYƏ BAŞLAYIB
ADMİU-nun 5 fakültəsinə müxtəlif ixtisaslarda 2018/2019-cu tədris ilində bakalavr pilləsində 497, magistratura səviyyəsində 94 tələbə qəbulu həyata keçirilib. Universitetin Kitabxana-İnformasiya Mərkəzi, yeni qəbul olunan tələbə və magistrantların təhsil prosesinin kitabxana-biblioqrafiya və elmi informasiya təminatını həyata keçirməyə başlayıb. Sevindirici haldır ki, tələbələr kitabxanadan istifadə etməkdə çox həvəslidilər və yüksək səviyyəli maraq nümayiş etdirirlər.

Ətraflı



13.09.2018
MUSİQİYƏ DAİR QİYMƏTLİ NƏŞRLƏR FONDUMUZA DAXİL OLUB
Bu günlərdə mərkəzin sənəd-informasiya resursları fonduna musiqimizlə bağlı 2 mühüm nəşr daxil olub.
ADMİU-nun rektoru, Əməkdar incəsənət xadimi, professor Ceyran Mahmudovanın tərtibçisi və ön sözün müəllifi olduğu kitablar Azərbaycan Respublikasının Xalq artisti (2000), şöhrət ordenli (1997), böyük bəstəkarımız Emin Sabitoğlunun musiqi yaradıcılığına həsr olunub.

Ətraflı



18.05.2018
KİNO VƏ TEATR SƏNƏTİNƏ DAİR QİYMƏTLİ ƏSƏRLƏR OXUCULARIN İSTİFADƏSİNƏ VERİLİB
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi oxucuların mütaliə marağını və tədris prosesinin tələblərinə cavab verən ədəbiyyatın əldə edilməsi istiqamətində növbəti uğurlu iş həyata keçirib.

Ətraflı



08.05.2018
“ADMİU-NUN NƏŞRLƏRİ (2014-2018-Cİ İLLƏR)” ADLI KİTAB SƏRGİSİ AÇILMIŞDIR
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 95 illik yubileyi ilə əlaqədar ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzi tərəfindən “ADMİU-nun nəşrləri (2014-2018-ci illər)” adlı kitab sərgisi təşkil olunmuşdur.

Ətraflı



23.02.2018
UNİVERSİTETİN KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNİN 2017-Cİ İLİN YEKUNLARINA DAİR HESABATI
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informa-siya Mərkəzinin fəaliyyəti öz əsasnaməsinə uyğun olaraq tələbə, magistrant, doktorant və dissertantlara, professor-müəllim heyətinə, alim və mütəxəssislərə göstərilən kitab-xana-biblioqrafiya və informasiya xidmətinin modernləşdirilməsinə, kulturologiya və sənətşünaslıq elmlərinin informasiya təminatının optimallaşdırılmasına və işlərin beynəlxalq standartlar səviyyəsinə çatdırılmasına yönəlmişdir.

Ətraflı



27.10.2017
“HÜSEYN CAVİD-135” MÖVZUSUNDA ƏDƏBİYYAT SƏRGİSİ TƏŞKİL OLUNUB
Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair və dramaturq Hüseyn Cavidin 135 illik yubileyi münasibətilə Kitabxana-informasiya Mərkəzi ədəbiyyat sərgisi təşkil edib.

Ətraflı





08.09.2017
MƏRKƏZDƏ FONDUN YENİ ƏDƏBİYYATLA KOMPLETLƏŞDİRİLMƏSİ DAVAM ETDİRİLİR
Kitabxana-informasiya Mərkəzinin sənəd-informasiya resursları fondunun yeni ədəbiyyatla komplektləşdirilməsi müvəffəqiyyətlə davam edir.

Ətraflı





18.07.2017
KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNİN FONDUNA YENİ BƏDİİ ƏDƏBİYYAT ALINMIŞDIR
Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 2007-ci il 30 dekabr tarixli “Dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərlərinin Azərbaycan dilində nəşr edilməsi haqqında” sərəncamına əsasən nəşr edilmiş yeni ədəbiyyatın ölkənin bütün kitabxana şəbəkəsinə paylanılması davam etdirilir.

Ətraflı



25.05.2017
KİTABXANA-İNFORMASİYA MƏRKƏZİ ƏMƏKDAR İNCƏSƏNƏT XADİMİ, PROFESSOR AYDIN DADAŞOVUN XATİRƏSINƏ HƏSR OLUNMUŞ ƏDƏBİYYAT SƏRGİSİ TƏŞKİL ETMİŞDİR
23 may 2017-ci il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektor, Əməkdar incəsənət xadimi, professor Fərəh Əliyevanın, universitetin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə Azərbaycanın görkəmli kinoşünas-alimi, kinodramaturq, rejissor, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı, filologiya üzrə elmlər doktoru, professor Aydın Dadaşovun həyat və yaradıcılığına həsr olunmuş anım tədbiri keçirilmişdir.

Ətraflı



24.05.2017
MƏRKƏZİN SƏNƏD-İNFORMASİYA RESURSLARI FONDUNA YENİ ƏDƏBİYYAT DAXİL EDİLMİŞDİR
Kitabxana-informasiya Mərkəzinin ədəbiyyat fondunun cari komplektləşdirilməsi uğurla davam edir. Belə ki, mütəmadi olaraq yeni nəşrlərlə zənginləşən fonda bu günlərdə profilə uyğun 50 nüsxə ədəbiyyat hədiyyə olunmuşdur.

Ətraflı



16.05.2017
TƏLƏBƏLƏR KİTABXANA İŞİ İLƏ BAĞLI TƏCRÜBƏDƏ
Kitabxana-İnformasiya Mərkəzinin müdiri və Kulturologiya fakültəsinin Kitabşünaslıq və kitabxanaçılıq kafedrasının müəllimi Tamilla Əsgərova Kitabxanaçılıq və informasiya ixtisası üzrə universitetdə bakalavr pilləsində təhsil alan II kurs tələbələri ilə birgə Bakıda yerləşən ölkəmizin aparıcı kitabxanalarında təcrübədə olmuşlar.

Ətraflı



10.05.2017
MƏRKƏZİN ƏMƏKDAŞI BEYNƏLXALQ ELMİ KONFRANSDA MƏRUZƏ İLƏ ÇIXIŞ ETMİŞDİR
5 dekabr 2017-ci il tarixində ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin biblioqrafı Günay Baxşəliyeva Bakıda keçirilən “Gənc tədqiqatçıların I beynəlxalq elmi konfransı”nda iştirak etmişdir. Bakı Mühəndislik Universitetində təşkil olunmuş konfransda G.Baxşəliyeva kompüter elmləri-İKT bölməsində “Elektron kitabxanalar informasiya cəmiyyətinin mühüm infrastruktur elementi kimi” mövzusunda məruzə etmişdir.

Ətraflı



04.05.2017
MÜSTƏQİLLİK İLLƏRİNDƏ AZƏRBAYCANDA KİTABXANA İŞİNİN İNKİŞAFINDA HEYDƏR ƏLİYEV MƏRHƏLƏSİ
Məlumdur ki, 1993-cü ildə Azərbaycanda yaranan çox mürəkkəb tarixi şərait və hərcmərclik şəraitində Azərbaycanın kitabxana şəbəkələri də məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Məhz bu dövrdə ulu öndərimiz Heydər Əliyevin xalqın tələbi ilə yenidən Azərbaycana rəhbərlik etməyə başlaması bötövlükdə elmimizi, mədəniyyətimizi tamamilə dağılmaqdan xilas etdiyi kimi, kitabxana şəbəkələrinin də məhvinin qarşısını aldı.

Ətraflı



28.04.2017
KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNƏ HÜQUQA DAİR YENİ ƏDƏBİYYAT HƏDİYYƏ OLUNMUŞDUR
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya Mərkəzinin sənəd-informasiya resursları fondu mütəmadi olaraq yeni nəşrlərlə zənginləşir.

Ətraflı