MƏRKƏZDƏ FONDUN YENİ ƏDƏBİYYATLA KOMPLETLƏŞDİRİLMƏSİ DAVAM ETDİRİLİR

Kitabxana-informasiya Mərkəzinin sənəd-informasiya resursları fondunun yeni ədəbiyyatla komplektləşdirilməsi müvəffəqiyyətlə davam edir. Bu günlərdə fond profilə uyğun olaraq 2017-ci ildə çapdan çıxmış 10 adda 30 nüsxə yeni kitabla zənginləşmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi tərəfindən hədiyyə olunan kitablar Azərbaycan və dünya ədəbiyyatının maraqlı örnəklərini özündə əks etdirir. Kitablar Tərcümə Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan, türk, ərəb və ispan dillərində nəşrə hazırlanmışdır. Fonda salınmış həmin ədəbiyyat kitabxana-biblioqrafiya qaydalarına uyğun olaraq elektron formada komplektləşdirmə və kataloqlaşdırma prosesindən keçdikdən sonra ADMİU-nun professor-müəllim və tələbə heyətinin istifadəsinə veriləcəkdir. Eyni zamanda oxucuların yaxından tanış olması üçün kitablar yeni daxil olan ədəbiyyat sərgisində nümayiş olunur.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.