MƏRKƏZİN SƏNƏD-İNFORMASİYA RESURSLARI FONDUNA YENİ ƏDƏBİYYAT DAXİL EDİLMİŞDİR

Kitabxana-informasiya Mərkəzinin ədəbiyyat fondunun cari komplektləşdirilməsi uğurla davam edir. Belə ki, mütəmadi olaraq yeni nəşrlərlə zənginləşən fonda bu günlərdə profilə uyğun 50 nüsxə ədəbiyyat hədiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin (AR Məd. Turizm Naz-yi.) nəzdindəki Kitabxana Kollektoru tərəfindən bağışlanan kitablar mədəniyyət və incəsənət sahəsinin müxtəlif problemlərini əhatə edir. Daxil olan nəşrlər AR Məd. Turizm Naz-yi.-nin təşəbbüsü ilə Azərbaycan və rus dillərində çap olunmuş kitablardır. Ölkəmizdə mədəniyyət və incəsənətin inkişafı məqsədilə AR Məd. Turizm Naz-yi. tərəfindən nəşr edilmiş çox saylı ədəbiyyatın müəyyən bir hissəsi olan bu kitablar kitabxana-biblioqrafiya qaydalarına uyğun olaraq elektron formada komplektləşdirmə və kataloqlaşdırma prosesindən keçdikdən sonra mərkəzin oxucularının istifadəsinə veriləcəkdir. Eyni zamanda universitetin müəllim və tələbə heyətinin yaxından tanış olması məqsədilə, kitabların mərkəzin əsas korpusunda yeni daxil olan ədəbiyyat sərgisində nümayişi nəzərdə tutulur.




© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.