KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNİN YENİ ELMİ-METODİK VƏ BİBLİOQRAFİK VƏSAİTİ NƏŞR OLUNUB

03.03.2021

Bu gün ADMİU-da magistratura - ali təhsilin ikinci səviyyəsinin tələblərinə uyğun olaraq, yüksəkixtisaslı, sərbəst yaradıcılıq fəaliyyəti göstərə biləcək mütəxəssislərin hazırlığını təmin edən təhsil prosesidir. Burada magistratura səviyyəsində təhsilin məzmunu bir-biri ilə əlaqəli nəzəri təlimdən, elmi-tədqiqat işlərindən, pedaqoji və peşəkar hazırlıqdan ibarətdir. Magistrantın elmi-tədqiqat fəaliyyəti hər semestr üçün nəzərdə tutulmuş elmi-tədqiqat işlərinin yerinə yetirilməsindən, elmi-tədqiqat və elmi-pedaqoji təcrübələrdən və magistrlik dissertasiyasının hazırlanmasından ibarətdir.
ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzinin müdiri Tamilla Əsgərovanın tərtib etdiyi “Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müdafiə olunmuş magistr dissertasiyaları (2012-2020-ci illər)” adlı elmi-metodik və biblioqrafik vəsait magistrantlara müvafiq sahədə ümumi köməklik göstərmək məqsədilə tərtib olunub. Magistrantların dissertasiya işlərinin məzmun, yerinə yetirilmə və qiymətləndirilmə tələblərinin ümümiləşdirilməsi məqsədi ilə hazırlanmış bu elmi-metodik və biblioqrafik vəsait tədris fənləri müxtəlifliyindən asılı olmayaraq kafedralarda müvafiq dissertasiyaların hazırlanmasının çərçivə sənədi kimi çıxış edir.
Nəşrin oxunaqlığını, magistranların vaxtlarından səmərəli istifadə etmək imkanlarını artırmaq məqsədi ilə, vəsaitdə 2012-2020-ci illərdə ADMİU-da müdafiə edilmiş dissertasiyaların biblioqrafiyası da verilmişdir. Elmi-metodik və biblioqrafik vəsait mаgistrаntlаr, mаgistrlik dissеrtаsiyаsının еlmi rəhbərləri, rəyçilər, məsləhətçilər və həmçinin özünün еlmi yаrаdıcılıq diаpazоnunu gеnişləndirməк istəyində оlаn gənc tədqiqatçılar üçün nəzərdə tutulmuşdur.
Vəsaitin ön sözün müəllifi kulturologiya üzrə fəlsəfə doktoru, dosent Sədaqət Əliyeva, elmi məsləhətçisi filologiya üzrə elmlər doktoru, professor Gülşən Əliyeva-Kəngərli, ixtisas redaktoru Kulturologiya fakültəsinin müəllimi Natiq Mürsəlov, rəyçiləri isə tarix üzrə fəlsəfə doktoru, dosent Pərviz Kazımi və tarix üzrə fəlsəfə doktoru Adilə Abdullayevadır.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.

xəbərlər səhifəsinə qayıt