“XOCALI - YADDAŞLARDA YAŞAYAN TARİX” ADLI SƏRGİ

Fevral ayının 26-da Xocalı faciəsinin 29-cu ildönümü qeyd olunacaq. Kitabxana-informasiya Mərkəzi tariximizin qan yaddaşına həkk olunmuş bu soyqırım gününə həsr olunmuş “Xocalı - yaddaşlarda yaşayan tarix” adlı sərgi təşkil edib. Sərgidə Xocalı soyqırımına dair mərkəzin sənəd-informasiya resursları fondunda saxlanılan müxtəlif dillərdə kitab, jurnal və qəzet materialları nümayiş etdirilir. Təqdim edilən materiallarda erməni faşizminin dinc azərbaycanlıları məruz qoyduğu dəhşətli soyqırımı aktının, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş bu amansız cinayətin tam mənzərəsi bir daha oxucuların diqqətinə çatdırılır. Şübhəsiz ki, Xocalı faciəsini törədən cinayətkarlar mütləq beynəlxalq məhkəmə qarşısında cavab verəcəklər. Bu əminliyi Ali Baş Komandanımızın rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun 44 günlük vətən müharibəsində qazandığı tarixi qələbə şərtləndirir.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.