ADMİU KİTABXANA-İNFORMASİYA MƏRKƏZİ “YARADICI İFALAR” LAYİHƏSİNƏ START VERİR

ADMİU Kitabxana-informasiya Mərkəzi fondundakı zəngin ədəbiyyat incilərinin tələbələr arasında geniş təbliği məqsədilə yeni layihəyə başlayıb. Layihə çərçivəsində Azərbaycan ədəbiyyatının görkəmli şairlərinin şeirləri universitetin aktyor sənəti ixtisasında təhsil alan tələbələrinin ifasında yaradıcı formada geniş oxucu auditoriyasına təqdim olunacaq.
“Yaradıcı ifalar” layihənin ilk sayında ADMİU-nun 4-cü kurs SABAH qrupunun tələbəsi Lalə Süleymanovanın ifasında Xalq şairi Musa Yaqubun məhşur “Öyrətmə məni...” adlı şeiri oxucuların diqqətinə təqdim olunur.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.