“ƏBƏDİ MƏŞƏL - ƏBƏDİ YADDAŞ” ADLI SƏRGİ

Bu il xalqımızın qan yaddaşına çevrilmiş "20 Yanvar faciəsi"ndən 30 il ötür. Bu gün vəsiləsilə Şəhidlərimiz hər il sükutla anılır. Vətənin azadlığı uğrunda qurban gedən insanların əziz xatirəsi böyük ehtiramla yad edilir. Azərbaycan tarixinin bu qanlı səhifəsi ilə bağlı xeyli sayda kitablar yazılıb, filmlər çəkilib.
Kitabxana-informasiya Mərkəzi həmişə olduğu kimi bu dəfə də millətimiz üçün önəmli “20 Yanvar” günü ilə bağlı sərgi təşkil edib. Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri Samir Nuriyevin "20 Yanvar faciəsinin otuzuncu ildönümü ilə bağlı tədbirlər planı"nın təsdiqi ilə bağlı sərəncamına əsasən təşkil olunan “Əbədi məşəl - əbədi yaddaş” adlı sərgidə mərkəzin sənəd-informasiya resursları fondunda olan Azərbaycan və rus dillərində 30-dan artıq nəşr nümayiş olunur.
Azərbaycanın suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyü uğrunda mübarizənin rəmzi kimi gənclər arasında geniş təbliği məqsədilə təşkil olunan sərgidə tələbələrin diqqətinə çatdırılan nəşrlərdə müxtəlif not, təsviri incəsənət nümunələri və ədəbi əsərlər öz əksini tapıb.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.