KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNİN ƏMƏKDAŞLIĞI GENİŞLƏNİR

ADMİU-nun Kitabxana-informasiya Mərkəzində 18 oktyabr müstəqillik günü ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Elektron Kitabxanasının rəisi, kapitan Sadiq Məmmədovla əməkdaşlıq məqsədilə görüş keçirildi. Tədbirdə mərkəzin müdiri Tamilla Əsgərova universitetdə kitabxana-informasiya fəaliyyətinin təşkili və oxucular arasında mütaliə mədəniyyətinin yüksəldilməsi sahəsindəki işlər barədə qonağı tanış etdi. Universitetdə təşkil olunan ənənəvi və elektron sərgilərlə yaxından tanış olan qonaq burada tətbiq olunan müasir informasiya kommunikasiya texnologiyaları ilə ətraflı maraqlandı. Mərkəzin müasir infrastrukturu, mədəniyyət və incəsənətə dair zəngin sənəd-informasiya resursları fondunun tərkibi, ədəbiyyatın komplektləşdirilmə mənbələri, elektron kataloqlaşdırılma və oxuculara müasir kitabxana-biblioqrafiya və informasiya xidmətinin təşkili xüsusiyyətləri haqqında məlumatları diqqətlə dinlədikdən sonra S. Məmmədov ADMİU-nun Kitabxanası-informasiya Mərkəzində yaradılan müasir şəraitindən və oxucu davamiyyətinin vəziyyətindən məmnunluğunu ifadə etdi. Qonaq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Akademiyasının Elektron Kitabxanasının fəaliyyəti barədə dolğun və hərtərəfli informasiya verərək öz təcrübələrini paylaşdı. Görüş zamanı hər iki qurum arasında əlaqələrin daha da genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin davam etdirilməsi və birgə tədbirlərin təşkili barədə ümumi razılıq əldə olundu.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.