ADMİU-NUN ƏMƏKDAŞI “NEFT VƏ MƏDƏNİYYƏT XALQIN SƏRVƏTİ KİMİ” ADLI ELMİ-PRAKTİK KONFRANSDA İŞTİRAK EDİB

ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin əməkdaşı, Turizm və kitabxana-informasiya fəaliyyəti kafedrasının müəllimi Natiq Mürsəlov 3 oktyabr 2019-ci il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Şamaxı rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə Şamaxıda təşkil olunmuş “Mədəniyyət həftəsi”nin 4-cü günündə keçirilən “Neft və mədəniyyət xalqın sərvəti kimi” adlı elmi praktiki konfransda iştirak edib. Onun “Mədəniyyət və incəsənətdə neft mövzusunun tədrisi və təbliğinin elmi informasiya təminatı” mövzusunda çıxışı konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.