MƏRKƏZİN ƏMƏKDAŞI BEYNƏLXALQ ELMİ KONFRANSDA MƏRUZƏ İLƏ ÇIXIŞ ETMİŞDİR

5 dekabr 2017-ci il tarixində ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin biblioqrafı Günay Baxşəliyeva Bakıda keçirilən “Gənc tədqiqatçıların I beynəlxalq elmi konfransı”nda iştirak etmişdir. Bakı Mühəndislik Universitetində təşkil olunmuş konfransda G.Baxşəliyeva kompüter elmləri-İKT bölməsində “Elektron kitabxanalar informasiya cəmiyyətinin mühüm infrastruktur elementi kimi” mövzusunda məruzə etmişdir. Məruzəçi öz tədqiqatında müasir kitabxana-informasiya sahəsində baş verən mühüm innovativ yeniliklərə toxunaraq, informasiya cəmiyyəti şəraitində ölkəmizdə elektron kitabxanaların rolu və funksiyası barədə konfrans iştirakçılarına geniş məlumat vermişdir. G.Baxşəliyeva elmi məruzəsi ilə kompüter elmləri-İKT bölməsinin ən yaxşı 3 məruzəçisindən biri kimi sertifikatla təltif olunmuşdur.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.