KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNİN MUSİQİYƏ AİD NƏŞRLƏR FONDU ZƏNGİNLƏŞİR

Xalqımızın çoxəsrlik zəngin musiqi mədəniyyətinin təbliği və tədqiqi üzrə kitabxana-informasiya təminatı sistemində ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin fəaliyyəti müasir tələblər səviyyəsində qurulmuşdur. Azərbaycanda musiqi təhsili və mədəniyyətinin inkişafına yönələn həmin fəaliyyət aşağıdakı məzmundan ibarətdir:
- musiqi mədəniyyətinin tədrisi, təbliği və bu sahədə elmi-tədqiqatların informasiya təminatının inkişafı və oxucuların musiqi incəsənəti üzrə elmi yaradıcılıq və tədqiqat azadlığının təmin olunması;
- sahə üzrə aparılan tədris prosesinin, elmi-tədqiqatların ardıcıl, davamlı və sistemli inkişafının təmin edilməsi üçün mərkəzdə müvafiq şəraitin yaradılması.
Bu məqsədlə ADMİU-nun Kitabxana-informasiya Mərkəzi ənənəvi və elektron kitabxana vasitəsi ilə oxucuların musiqi sahəsi üzrə informasiya tələbatını operativ ödəmək və onlara dolğun informasiya xidmət göstərmək istiqamətində mütəmadi yeniliklər tətbiq edir. Həmçinin, sənəd-informasiya resursları fondunun yeni nəşrlərlə zənginləşdirilməsinə xüsusi diqqət yetirir. Təkcə cari il ərzində mərkəz müxtəlif mənbələrdən musiqi sahəsinə dair çoxlu sayda yeni ədəbiyyat əldə edib.
Bugünlərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hədiyyə olunan yeni kitabları xüsusilə qeyd etmək yerinə düşər. Təqdim olunan 38 adda 236 nüxsə Azərbaycan və rus dillərində kitab musiqi sahəsinin müxtəlif istiqamətlərini əhatə edir. İstifadəçilərin kitablarla tanışlığı məqsədilə nəşrlər yeni daxil olan ədəbiyyat sərgisində nümayiş etdirilir.

1. Arif Məlikov: biblioqrafiya / tərt. Ş. Məlikova. - Bakı: Şərq-Qərb, 2017. - 387 s.
2. Cabbarlı, Nərgiz. Rübabə Muradova / N. Cabbarlı. - Bakı: Şərq-Qərb, 2017. - 144 s.
3. Çəmənli, Mustafa. Şövkət Ələkbərova / M. Çəmənli. - Bakı: Şərq-Qərb, 2017. - 160 s.
4. Çəmənli, Mustafa. Əbülfət Əliyev / M. Çəmənli. - Bakı: Şərq-Qərb, 2017. - 160 s.
5. Əliyeva, Fərəh. Üzeyir Hacıbəyli - şəxsiyyət və cəmiyyət / F. Əliyeva. - Bakı: Şərq-Qərb, 2014. - 368 s.
6. Əmirov, Fikrət. Azərbaycan kapriççiosu. Həyat səhifələri: Partitura / F. Əmirov. - Bakı: Şərq-Qərb, 2017. - 172 s.
7. Əmirov, Fikrət. Böyük Vətən müharibəsi qəhrəmanlarının əziz xatirəsinə poema-rekviem. Azərbaycan simfonik süitası: Paritura / F. Əmirov. - Bakı: Şərq-Qərb, 2017. - 148 s.
8. Əmirov, Fikrət. Gürcüstan.Rustaveli. Simfonik portretlər / F. Əmirov. - Bakı: Şərq-Qərb, 2017. - 220 s.
9. Əmirov, Fikrət. Min bir gecə. İkipərdəli balet. Pərdə 1: Partitura / F. Əmirov. -Bakı: Şərq-Qərb, 2017. - 204 s.
10. Əmirov, Fikrət. Min bir gecə. İkipərdəli balet. Pərdə 2: Partitura / F. Əmirov. Bakı: Şərq-Qərb, 2017. - 228 s.
11. Əmirov, Fikrət. Nəsimi haqqında dastan. Azərbaycan qravürləri: faciəvi musiqi / F. Əmirov. - Bakı: Şərq-Qərb, 2017. - 164 s.
12. Əmirov, Fikrət. Saçlı. Xəzəri fəth edənlər: Partitura / F. Əmirov. - Bakı: Şərq-Qərb, 2017. - 60 s.
13. Əmirov, Fikrət. Sevil. Üçpərdəli opera. Pərdə 1: Partitura / F. Əmirov. - Bakı: Şərq-Qərb, 2017. - 260 s.
14. Əmirov, Fikrət. Sevil. Üçpərdəli opera. Pərdə 2: Partitura / F. Əmirov. - Bakı: Şərq-Qərb, 2017. - 149 s.
15. Əmirov, Fikrət. Sevil. Üçpərdəli opera. Pərdə 3: Partitura / F. Əmirov. - Bakı: Şərq-Qərb, 2017. - 132 s.
16. Əmirov, Fikrət. Simfonik rəqsləri. Uşaq lövhələri: Partitura / F. Əmirov. - Bakı: Şərq-Qərb, 2017. - 116 s.
17. Əmirov, Fikrət. Violino, fortepiano və orkestr üçün ikili konsert. Fortepiano və orkestr üçün ərəb mövzuları əsasında konsert. Fortepiano və xalq çalğı alətləri orkestri üçün konsert: partitura / F. Əmirov. - Bakı: Şərq-Qərb, 2017. - 356 s.
18. Əmirov, Fikrət. Üzeyir Hacıbəyliyə itfah. Asəf Zeynallının xatirəsinə elegiya. Nizaminin xatirəsinə simfoniya: partitura / F. Əmirov. - Bakı: Şərq-Qərb, 2017. - 108 s.
19. Əmirov, Fikrət. Şur. Kürd ovşarı. Gülüstan-Bayatı-Şiraz: Patitura / F. Əmirov. - Bakı: Şərq-Qərb, 2017. - 244 s.
20. Hacıbəyli, Üzeyir. Koroğlu. 5 pərdədə. 1-ci pərdə: Partitura / Ü. Hacıbəyli. - Bakı: Şərq-Qərb, 2013. - 280 s.
21. Hacıbəyli, Üzeyir. Koroğlu. 5 pərdədə. 2-ci pərdə: Partitura / Ü. Hacıbəyli. - Bakı: Şərq-Qərb, 2013. - 248 s.
22. Hacıbəyli, Üzeyir. Koroğlu. 5 pərdədə. 3-cü pərdə: Partitura / Ü. Hacıbəyli. - Bakı: Şərq-Qərb, 2013. - 240 s.
23. Hacıbəyli, Üzeyir. Koroğlu. 5 pərdədə. 4-cü pərdə: Partitura / Ü. Hacıbəyli. - Bakı: Şərq-Qərb, 2013. - 284 s.
24. Hacıbəyli, Üzeyir. Koroğlu. 5 pərdədə. 5-ci pərdə: Partitura / Ü. Hacıbəyli. - Bakı: Şərq-Qərb, 2013. - 176 s.
25. Hacıyev, Tofiq. Üzeyir Hacıbəyıinin bədii dili / T. Hacıyev. - Bakı: Şərq-Qərb, 2014. - 280 s.
26. Həsənova, Cəmilə. Bülbül: Murtuza Məmmədov / C. Həsənova. - Bakı: Şərq-Qərb, 2017. - 128 s.
27. Həsənova, Şəhla. Hacı Məmmədov / Ş. Həsənova. - Bakı: Şərq-Qərb, 2017. - 104 s.
28. Həsənova, Şəhla. Lütfiyar İmanov / Ş. Həsənova. - Bakı: Şərq-Qərb, 2017. - 104 s.
29. Hüseynoğlu, Sərvaz. Keçəçi oğlu Məhəmməd / S. Hüseynoğlu. - Bakı: Şərq-Qərb, 2017. - 128 s.
30. Hüseynoğlu, Sərvaz. Məşədi Məmməd Fərzəliyev / S. Hüseynoğlu. - Bakı: Şərq-Qərb, 2017. - 120 s.
31. Xalıqzadə, Fəttah. Üzeyir Hacıbəyli və folklor / F. Xalıqzadə. - Bakı: Şərq-Qərb, 2014. - 276 s.
32. Məhsəti Gəncəvi nəğmələri. - Bakı: Şərq-Qərb, 2013. - 65 s.
33. Nəzirli, Kamran. Zülfü Adıgözəlov / K. Nəzirli. - Bakı: Şərq-Qərb, 2017. - 128 s.
34. Sabitoğlu, Emin. Əlvida / E. Sabitoğlu. - Bakı: Şərq-Qərb, 2017. - 256 s.
35. Səməd, Möhbəddin. İslam Rzayev / M. Səməd. - Bakı: Şərq-Qərb, 2017. - 120 s.
36. Üzeyir Hacıbəyli: (məqalə, oçerk, esse, arxiv materialları). - Bakı: Şərq-Qərb, 2014. - 280 s.
37. Дадаш-заде, Кямиля. Восхож
дение: Узеир Гаджибейли и ашыгское искусство: интертекстуальный диалог) / К. Дадаш-заде. - Bakı: Şərq-Qərb, 2014. - 232 s.
38. Энциклопедия азербайджанского мугама. - Bakı: Şərq-Qərb, 2012. - 264 s.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.