MƏRKƏZİN FONDUNA ZƏNGİN NOT NƏŞRLƏRİ DAXİL OLMUŞDUR

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, XX əsrin 40-cı illərində Üzeyir Hacıbəyovun təşəbbüsü və xeyir-duası ilə musiqi aləminə gəlmiş, onun son və sevimli tələbələrindən biri Ədilə Hacıağa qızı Hüseynzadənin zəngin yaradıcılığını özündə əks etdirən 7 adda 28 nüsxə not nəşri mərkəzin informasiya resursları fonduna hədiyyə edilmişdir.
Həmin nəşrlərdə Ə. Hüseynzadənin bir çox janrlarda - simfonik poema, simli kvartet, kantata, xor miniatürləri çap olunmuşdur:
- "Oğlumun babasına" Gəray Fəzlinin sözlərinə ballada (solist, qadın xoru və simli orkestr üçün partitura);
- “Duyğular” fortepiano ilə oxumaq üçün romanslar; “Şair, nə tez qocaldın sən” (Səməd Vurğunun sözlərinə solist və kamera orkestri üçün partitura);
- “Kvartet” (İki skripka, alt və violonçel üçün);
- "Sülhün səsi" kantatı (xor, solistlər və simfonik orkestr üçün partitura);
- “Sonatina”;
- “Mahnı və romanslar”.
Böyük bəstəkarın 100 illik yubileyi münasibətilə 2016-cı ildə ildə çap olunmuş not nəşrləri mərkəzdə sərgi vasitəsilə oxucular arasında təbliğ olunur.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.