“AKADEMİK RAMİZ MEHDİYEVİN ELMİ-NƏZƏRİ İRSİ” MÖVZUSUNDA SƏRGİ

Kitabxana-informasiya Mərkəzi 30 aprel tarixində ADMİU-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, Azərbaycan Respublikası Prezident Administrasiyasının rəhbəri, həqiqi dövlət müşaviri, fəlsəfə elmləri doktoru, professor “İstiqlal” və “Şərəf” ordenləri ilə təltif olunmuş Ramiz Ənvər oğlu Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün siyasi irsi sənədlər işığında” kitabının müzakirəsi ilə bağlı keçirilən tədbirdə “Akademik Ramiz Mehdiyevin elmi-nəzəri irsi” mövzusunda geniş ədəbiyyat sərgisi təşkil etmişdir. Qeyd edək ki, Azərbaycan tarixinin mühüm mərhələlərindən birini təşkil edən xanlıqlar dövrü bu kitabda ilk dəfədir siyasi və tarixi aspektdən yeni kontekstdə işıqlandırılır. Sərgidə akademikin “Azərbaycanın inkişaf dialektikası” (2000), “Azərbaycanlılara qarşı soyqırım gerçəklikləri” (2000), “Azərbaycan: tarixi irs və müstəqillik fəlsəfəsi” (2001), “Azərbaycan: qloballaşma dövrünün tələbləri: keçmişin dərsləri, bu günün reallıqları və gələcəyin perspektivləri” (2005), “Vətəndaş cəmiyyətinə yol açan ideyalar”, “"Fəlsəfə” (2010), “Gorus-2010: absurd teatrı mövsümü” (2010), “Modernləşmə xətti yenə də gündəlikdədir” (2008), “Demokratiya yolunda: irs haqqında düşünərkən” (2008), “Şah İsmayıl Səfəvi: tarixi diplomatik sənədlər toplusu” (2014), “Qriqoryan kilsəsi Səfəvilər dövlətinə qarşı casusluq vasitəsi kimi. XVII-XVIII əsrin I rübündə” («Григорианская церковь как инструмент шпионажа против Сефевидского государства. XVII-первая четверть XVIII вв.»)” (2018) kitabları ilə yanaşı dövrü materiallar da nümayiş olunmuşdur.
Kitabxana-informasiya Mərkəzində oxucuların istifadəsinə verilən bu kitabların əsas özəlliyi Ramiz Mehdiyevin həm tədqiqatçı-alim və həm də dövlət xadimi olaraq tarixi və ictimai-siyasi məsələlərə yeni prizmadan yanaşmasıdır.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.