FONDA YENİ DAXİL OLAN ƏDƏBİYYATIN SƏRGİSİ AÇILIB

Mərkəzin ədəbiyyat fondunun cari komplektləşdirilməsi uğurla davam edir. Belə ki, mütəmadi olaraq yeni nəşrlərlə zənginləşən sənəd-informasiya resursları fonduna bu günlərdə profilə uyğun 164 nüsxə ədəbiyyat hədiyyə olunmuşdur. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin Kitabxana Kollektoru tərəfindən bağışlanan kitablar mədəniyyət və incəsənət sahəsinin müxtəlif problemlərini əhatə edir. Daxil olan nəşrlər nazirliyin təşəbbüsü ilə Azərbaycan və rus dillərində çap olunmuş kitablardır. Ölkəmizdə mədəniyyət və incəsənətin inkişafı məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən nəşr edilmiş çox saylı ədəbiyyatın müəyyən bir hissəsi olan bu kitablar kitabxana-biblioqrafiya qaydalarına uyğun olaraq elektron formada komplektləşmə və kataloqlaşma prosesindən keçdikdən sonra mərkəzin oxucularının istifadəsinə verilib. Eyni zamanda universitetin müəllim və tələbə heyətinin yaxından tanış olması məqsədilə, kitablar mərkəzin əsas korpusunda yeni daxil olan ədəbiyyat sərgisində nümayiş olunur.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.