KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNİN ƏMƏKDAŞI REGİONAL TƏDBİRDƏ MƏRUZƏ İLƏ İŞTİRAK EDİB

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kitabxana-informasiya Mərkəzinin əməkdaşı, Turizm və kitabxana-informasiya kafedrasının müəllimi Natiq Mürsəlov Sabirabad rayonunda Azərbaycan Respublikası Mədəniyyət nazirliyinin regional idarəsinin 4 Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) əməkdaşları üçün təşkil olunan “Kitabxana mədəniyyət fenomeni kimi” mövzusunda dəyirmi masada iştirak edib. Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzinin keçirdiyi tədbirdə N.Mürsəlov “Kitabxanaların fandrayzinq fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edib. Tədbir çərçivəsində Sabirabad rayon MKS-nin Mərkəzi Kitabxanasının fəaliyyəti ilə yaxından tanış olan N.Mürsəlov ADMİU-nun nəşrlərindən ibarət kitabları həmin müəssisəyə hədiyyə edib.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.