MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏTƏ DAİR MİNİATÜR KİTABLARIN SƏRGİSİ TƏŞKİL OLUNMUŞDUR

ADMİU-nun Kitabxana-İnformasiya Mərkəzində 15-19 oktyabr tarixlərində mədəniyyətin və incəsənətin müxtəlif mövzularına həsr olunmuş “Miniatür incilərimiz” adlı kitab sərgisi təşkil olunmuşdur. Sərgidə ölkəmizdə və xaricdə çap olunmuş 52 miniatür kitab oxuculara təqdim olunmuşdur. Bu qiymətli nəşrlər Azərbaycan və dünya mədəniyyət xəzinəsi kimi çox mühüm əhəmiyyətə malik kitablardır. Burada Azərbaycan və xarici dillərdə dünya ədəbiyyatından seçmələr, xalqımızın zəngin bədii, musiqi və teatr sahəsindəki mədəniyyətinə həsr olunmuş nəşrlər haqqında oxuculara müfəssəl məlumatlar verilmişdir. Sərgi ilə ətraflı tanış olan tələbələr miniatür kitablara böyük maraq göstərərək onlarla yaxından tanış olmuşlar. Oxucularda mənəvi və bədii-estetik zövqün formalaşmasında, inkişafında və mütaliə mədəniyyətinin yüksəldilməsində bu cür ədəbiyyat sərgilərinin xüsusi əhəmiyyəti vardır.






© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.