KİTABXANA-İNFORMASİYA MƏRKƏZİNƏ HÜQUQA DAİR YENİ ƏDƏBİYYAT HƏDİYYƏ OLUNMUŞDUR

28.04.2017
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin (ADMİU) Kitabxana-informasiya Mərkəzinin sənəd-informasiya resursları fondu mütəmadi olaraq yeni nəşrlərlə zənginləşir. Son olaraq 27 aprel 2017-ci il tarixində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatından ADMİU-nun Kitabxana-informasiya Mərkəzinə 67 adda 208 nüsxə yeni ədəbiyyat hədiyyə olunmuşdur. Daxil olan nəşrlər Ombudsman Aparatının yaxından iştirakı ilə Azərbaycan, ingilis və rus dillərində çap olunmuş hüquq sahəsinin müxtəlif mövzularını əhatə edən kitablardır. Müstəqillik şəraitində ölkəmizdə hüquqi maarifləndirmə işinin genişləndirilməsi məqsədilə Ombudsman Aparatının çox saylı nəşrlərinin müəyyən hissəsi olan bu nəşrlər kitabxana-biblioqrafiya qaydalarına uyğun olaraq elektron formada komplektləşdirmə və kataloqlaşdırma prosesindən keçdikdən sonra oxucuların istifadəsinə veriləcəkdir. Eyni zamanda kitablar mərkəzin yeni daxil olan ədəbiyyat sərgisində nümayiş olunacaqdır.

© Bütün hüquqlar qorunur.
Xəbərlərdən istifadə edərkən www.admiu.edu.az saytına istinad zəruridir.