BİZİM NƏŞRLƏR

1. Əsgərova, T., Mürsəlov N.. Sənəd-informasiya resursları fondunun cari nəşrləri : annotasiyalı elmi-biblioqrafik göstərici. Cild 1 / Tamilla Əsgərova, Natiq Müsəlov; elmi red. : G.Əliyeva-Kəngərli ; rəy. : K.Tahirov, A.Babayev ; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. - Bakı : ADMİU, 2020. - 160 s.
Azərbaycanın ali məktəb kitabxanaları içərisində ilk dəfə olaraq tərtib olunan bu fundamental elmi-biblioqrafik resursda 2019-cu ildə ADMİU-nun Kitabxana-informasiya Mərkəzinin fonduna Azərbaycan və xarici dillərdə yeni daxil olan nəşrlər (kitab, magistr dissertasiyası və jurnallar) haqqında analitik məlumatlar verilib. Kitaba daxil edilən nəşrlər Universal Onluq Təsnifat (UOT) cədvəllərinə uyğun olaraq elm sahələri üzrə sistemləşdirilib. Biblioqrafik mənbədən səmərəli və operativ istifadəni təmin etmək məqsədilə sənəd-informasiya resursları müəlliflərin və ya sərlövhələrin əlifba sırası, eləcə də, fondda yerləşdiyi şifrələri ilə birlikdə verilib.

2. Əsgərova, T. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində müdafiə olunmuş magistr dissertasiyaları (2012-2020-ci illər) : elmi-metodik və biblioqrafik vəsait / Tamilla Əsgərova ; elmi məsləh. : G.Əliyeva-Kəngərli ; ön söz : S.Əliyeva ; ixtisas red.: N.Mürsəlov ; rəy.: A.Abdullayeva, P.Kazımi ; Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti. - Bakı : ADMİU, 2021. - 80 s.
Vəsait ADMİU-da magistr dissertasiyalarının tərtibinə dair ümumi qaydaları özündə əks etdirir. İlk dəfədir ki, ADMİU-da 2012-2020-ci illərdə müdafiə olunmuş və Kitabxana-informasiya Mərkəzinin fondunda saxlanılan magistr dissertasiyalarının biblioqrafik göstəricisi bu vəsaitdə oxuculara təqdim edilir. Dissertasiyalar Universal Onluq Təsnifat (UOT) cədvəllərinə əsasən fakültələrə uyğun olaraq elm sahələri üzrə sistemləşdirilib. Elmi-metodik və biblioqrafik vəsait ADMİU-nun professor-müəllim heyəti, tələbə və magistrantlarının istifadəsi üçün nəzərdə tutulub.