|
İxtisasartırma və təkmilləşdirmə dekanlığı Təhsil haqında yeni əsasnaməyə uyğun olaraq ADMİU-da 1994-cü ildə İxtisasartırma və təkmilləşdirmə fakültəsi yaradılmışdır. Fakültə ADMİU-nun ictimai həyatında mühüm rol oynayan qurumlardan biridir. Digər ali məktəblərdə olduğu kimi, ADMİU-nun İxtisasartırma və təkmilləşdirmə fakültəsinin məqsədi hər il təhsil sistemində olan yenilikləri və dəyişiklikləri öyrənməkdən, onları müəllimlərə başa salmaqdan, pedaqoji heyətin hazırlığını təkmilləşdirməkdən ibarətdir. İxtisasartirma kursları 3 ay müddətinə və iki çağırış ilə həyata keçirilir: I – çağırış 20 sentyabr – 20 dekabr II – şağırış 07 fevral – 07 may Müəllimlər 45 gün ərzində Baş pedaqoji kadrların İxtisasartırma və yenidən hazırlama institutunda müəyyən fənlər üzrə (pedaqogika, psixologiya, metodika, informatika və s.) dərslərə yiyələnirlər. Qalan 45 gün ərzində müxtəlif ali məktəblərin müvafiq kafedralarında öz ixtisasları üzrə məşğul olurlar.
|
|