"ESTRADA SƏNƏTİ" KAFEDRASI

TƏDRİS OLUNAN FƏNLƏR
PROFESSOR-MÜƏLLİM HEYƏTİ

Estrada sənəti kafedrası 2004-cü ildə təsis edilmişdir. Kafedranın fəaliyyətinin əsas istiqaməti Populyar musiqi və caz ifaçılığı ixtisası üzrə müstəqil peşə bacarıqlarına yiyələnən yüksək səviyyəli mütəxəssislərin yetişdirilməsinə yönəlmişdir. Müvafiq peşəkarlığa malik populyar musiqi ifaçılarını ərsəyə gətirmək məqsədilə kafedrada Populyar musiqi və caz ifaçılığı, Caz ifaçılığının əsasları, Səs rejissoru ilə iş, Populyar musiqi və caz ifaçılığının müasir istiqamətləri, Vokal ansamblı və s. fənlər tədris edilir, populyar və caz musiqisinin tarixi-nəzəri və ifaçılıq məsələləri işıqlandırılır. Nəticədə, tələbələr səs aparatının təkmilləşməsi və repertuarın genişlənməsi üzərində sərbəst işləmək, musiqi əsərini təhlil edərək onun ideya-bədii və texniki-vokal çətinliklərini aradan qaldırmaq sahəsində peşəkar vərdişlər əldə edirlər. Kafedrada qabaqcıl metodiki prinsiplər əsasında qurulan tədris prosesinin səmərəliliyi tələbələrin Beynəlxalq müsabiqələrdə qazandıqları uğurlarda təzahür edir. Estrada sənəti kafedrasına Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Məryəm Babayeva rəhbərlik edir.


Geri