|
İxtisaslaşdırılmış Dissertasiya Şurası 1999 – cu il dekabrın 1-dən etibarən ADMİU –nun nəzdində namizədlik dissertasiyalarının müdafiəsi üzrə N 02. 091-¹li İxtisaslaşdırılmış Dissertasiya Şurası fəaliyyət göstərir. ADMİU – nun İxtisaslaşdırılmış Dissertasiya Şurası Azərbaycan Respublikası Prezidenti yaninda AAK – ın təlimatına müvafiq olaraq genişləndirilmiş tərkibdə doktorluq dissertasiyalarının müdafiəsini təşkil etmək səlahiyyətinə də malikdir. ADMİU – nun nəzdində fəaliyyət göstərən İxtisaslaşdırılmış Dissertasiya Şurasının sədri, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevdir. 2006 – cı ildə ADMİU – da yeni tərkibdə Dissertasiya Şurası təsdiq edilmişdir. ADMİU – nun İxtisaslaşdırılmış Dissertasiya Şurası bir qayda olaraq aşağıdakı ixtisaslar üzrə namizədlik və doktorluq dissertasiyalarının müdafiəsini təşkil edir:
-17.00.01 – Teatr sənəti -17.00.03 – Kino, televiziya və digər ekran sənətləri -17.00.04 – Təsviri və dekorativ -tətbiqi sənətlər -24.00.01 – Mədəniyyətin tarixi və nəzəriyyəsi
|
|