
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti yaranan gündən Tədris şöbəsi fəaliyyət göstərmişdir. Tədris şöbəsi yüksək ixtisaslı kadr hazırlığı prosesində təlim, tədris işlərini bacarıqla həyata keçirir. Tədris şöbəsinin nəzdnində Qeydiyyat, Qiymətləndirmə və Monitorinq bölmələri fəaliyyət göstərir.
Hazırda şöbəyə
Nizami Əsədov rəhbərlik edir.
Qiymətləndirmə və monitorinq bölməsinin rəhbəri:
Sevinc İslamova
Qiymətləndirmə və monitorinq bölməsinin metodisti:
Fərruxova Həqiqət Müseyib qızı.
Qiymətləndirmə və monitorinq bölməsinin mütəxəssisi:
Əliyeva Sehranə Fikrət qızı.
Qeydiyyat bölməsinin rəhbəri:
Natəvan Məmmədova
Qeydiyyat bölməsinin mütəxxəsisi:
Məsimov Kamran Aslan oğlu.
Qeydiyyat bölməsinin mütəxxəsisi:
Baxşıyeva Səidə.
Universitet üzrə təcrübə rəhbəri:
Hüseynova Teyfə Yediyar qızı.
Tədris şöbəsinin metodisti:
Əhmədova Günel Məmməd qızı.
Tədris şöbəsinin metodisti:
Əskərova Gülnar Elman qızı.
Tədris şöbəsinin statisti:
Zeynalova Xanım Səftər qızı.
Karyera, planlama və inkişaf mərkəzi
Karyera, planlama və inkişaf mərkəzinin mütəxəssisi:
Səmədov Səbuhi Mətləb oğlu.
I. Şöbənin vəzifələri
1.1. Tədris planlarının tədris standartlarına uyğun olaraq hazırlanması;
1.2. Universitet üzrə dərs yüklərinin tədris planlarına uyğun olaraq paylanması;
1.3. Tələbə və müəllim kontingenti haqqında hesabatların hazırlanması;
1.4. Tələbə və professor - müəllim heyətinin hərəkətinə nəzarətin aparılması;
1.5. Univerisitetdə fəaliyyət göstərən dekanlıq və kafedraların yoxlanılması;
1.6. Tələbə - məzun Dövlət Elektron məlumat sisteminin işlənməsi;
1.7. Tələbələrin təcrübə keçməsi ilə əlaqədar müəssisələrlə müqavilələrin bağlanması;
1.8. Təhsil Nazirliyinə və digər qurumlara hesabatların hazırlanması;
1.9. Tədris planlarına uyğun olaraq dəsr cədvəllərinin hazırlanmasına nəzarət;
1.10. Universitet üzrə keçirilən imtahanlara nəzarət;
1.11. Universitetə daxil olan tələbələrin şəxsi işlərinin yığılması və sistemə işlənməsi;
1.12. Universiteti bitirən məzunlar haqqında məlumatlarının Təhsil Nazirliyiynin elektron sisteminə işlənməsi;
1.13. Universitet üzrə əmrlərin hazırlanması;
1.14. Təqaud əmrlərinin yoxlanılması və hazırlanması;
1.15. Sessiyanın nəticələri haqqında hesabatların hazırlanması və Təhsil Nazirliyinə təqdim olunması.
II. Şöbənin funksiyaları
2.1. Təhsilin keyfiyyətinin yüksəldilməsi və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqi məqsədilə monitorinqlər keçirir, sistemli təhlillər aparır və zəruri hesab edilən təkliflər hazırlayır;
2.2. İmtahan nəticələrinin təhlilini aparır və onlar barədə hesabatlar hazırlayır və ali təhsil müəssisəsinin tədris işləri üzrə prorektoruna təqdim edir;
2.3. Ali təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq tələbənin biliyinin qiymətləndirilməsi meyarları ilə bağlı zəruri təkliflər verir;
2.4 Tələbə nailiyyətlərinin ali təhsil müəssisəsi daxilində hesablanması ilə bağlı təkliflər verir;
2.5. Ali təhsil müəssisəsinin öz fəaliyyətinin qiymətləndirilməsində iştirak edir;
2.6. Akademik məsləhətçilərin (tyutorları) hazırlanmasında iştirak edir;
2.7. Akademik məsləhətçiləri (tyutorları) vaxtaşırı fəaliyyətlərinin qiymətləndirilməsi məqsədilə monitorinqlər aparır;
2.8. Apelyasiya komissiyasının fəaliyyətinə yardım göstərir.