"TEATRŞÜNASLIQ" KAFEDRASI

Teatrşünaslıq kafedrası 1945-ci ildə Azərbaycan Dövlət Teatr İnstitutu təsis edilərkən Teatrşünaslıq fakültəsi şəklində yaradılıb.
Hal hazırda Teatrşünaslıq kafedrasında (bakalavr) Slavyan teatr tarixi, Qərb teatr tarixi, Teatr tənqidi, Azərbaycan teatr tarixi, Dram nəzəriyyəsi, Musiqili teatr tarixi, Teatr idarəçiliyi və iqtisadiyyatı,
Dramaturgiya və teatr, Teatr tənqidinin tarixi və nəzəriyyəsi, Dünya teatr tarixi, Maarifçilik dövrü teatr tarixi, Antik və intibah teatr tarixi, Klassisizm dövrü teatr tarixi, magistr pilləsində isə: Azərbaycan teatrın estetik prinsipləri, Teatr tənqidinin aktual problemləri, Şərq teatrın nəzəri əsasları, Qərb teatrın nəzəri əsasları, Teatrşünaslığın tarixi və metodologiyası, Azərbaycan teatrşünaslığında bədii estetik problemləri, Antik teatrın poetikası, Teatrşünaslığın müasir problemləri, Müasir dram sənətinin problemləri, Azərbaycan teatrşünaslığında rejissor sənətinin bədii-estetik prinsipləri və inkişafı, Aktyor sənətinin tarixi və metodologiyası, Dünya mədəniyyətinin teatr sistemləri, Bədii mətnin səhnəyə adaptasiya problemləri, Aktyor sənətinin müasir problemləri, Aktyor sənətinin müasir cərəyanları, Teatr işinin təşkili prinsipləri, Teatrda yarad işinin xüsusiyyətləri, Azərbaycan klassik dramaturgiyasında aktyor sənəti adlı fənnlər tədris olunur.
2015-2016-cı tədris ilindən “Teatrşünaslıq” kafedrası “Teatr sənəti” fakültəsinin tərkibində fəaliyyət göstərir.
Hal-hazırda Teatrşünaslıq kafedrasına sənətşünaslıq üzrə fəlsəfə doktoru (1989), teatrşünas, tənqidçi, professor
Аydın Talıbzadə rəhbərlik edir.