1948-ci ildə “Rejissorluq ” kafedrası sərbəst fəaliyyətdə olub. “Dram rejissoru” kafedrası 2015-ci ildən “Teatr sənəti” fakültəsinin nəzdində fəaliyyət göstərməyə başlayıb.
1951-ci ildə İnstitutun ilk məzunlarından olan bu gün tanınmış teatr rejissorları, Xalq artisti Gülcahan Güləhmədova, Əməkdar incəsənət xadimləri Ulduz Əliyeva, Əşrəf Quliyev, Yusif Bağırov, dosent Nəsir Sadıqzadə, Rüfət Şabanov, Adil Babayevin adını çəkə bilərik. Müxtəlif illərdə Fikrət Sultanov, Zəminə Hacıyeva, Fuad Hacıyev, İranə Tağızadə, Rafiq Atakişiyev, Vaqif Şərifov, Zülfüqar Abbasov, Əliqismət Lalayev, Bəhram Osmanov, Mehriban Ələkbərzadə, Firudin Məhərrəmov bu ixtisas üzrə təhsil alıb.
Müəllimlər:
1. Bəhram Osmanov - Azərbaycan və Kalmıkiya Respublikalarının əməkdar incəsənət xadimi, dosent
2. Dilarə Mehdi - Professor
3. Cənnət Səlimova - Xalq artisti, professor
4. Azərpaşa Nemətov - Xalq artisti, professor
5. Yasəmən Hacıyeva - Sənətşünaslıq üzrə fəlsəfə doktoru, baş müəllim
6. Fikrət Məlikov - Dosent
7. Sevda Teymurova - Dosent
8. Böyükxanım Məmmədbəyova - Baş müəllim
Hal-hazırda “Dram rejissoru” kafedrasında 3 professor, 3 dosent, 2 baş müəllim fəaliyyət göstərir.
Kafedraya dosent
Sevda Teymurova rəhbərlik edir.