Xanlar Əhməd oğlu Əhmədov 1946-cı ildə Bakı şəhərində anadan olub.
1961-1966-cı illərdə Əzim Əzimzadə adına “Rəssamlıq” məktəbini bitirib.
1966-1972-ci illərdə A.Ostrovski adına Rəssamlıq İnstitutunu bitirib.
1972-1975-ci illərdə SSRİ-nin Rəssamlıq Akademiyasının aspirantı olub.
1975-ci ildə Rəssamlar İtiffaqının üzvüdür.
1975-ci ildə SSRİ Rəssamlıq Akademiyasının bürünc medalı ilə təltif olunub.
2002-ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Əməkdar rəssamı fəxri adına layiq görülüb.
2006-ci ildə Azərbaycan Respublikası prezidentinin fərmanı ilə Azərbaycan təsviri incəsənətinin inkişafındakı xidmətlərinə görə Xalq rəssamı fəxri adına layiq görülüb.
2011-ci ildə Moskva - Dünya Rəssamlıq Akademiyasının heykəltəraşlıq bölməsinin vitse prezidenti seçilib.
2012-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Təsviri sənət” kafedrasında tam ştat müəllim vəzifəsini tutub.
Sərgiləri:
1995-ci ildə “Humay quşu” mükafatına layiq görülüb.
1996-1998 -ci illərdə Bakı şəhərində fərdi sərgisi keçirilib.
2000-ci ildə Seul - olimpiada sərgisinin fəxri diplomuna layiq görülüb.
2001- ci ildə “Cəfər Cabbarlı” müsabiqəsinin qalibi olub.
2006- cı ildə Bakı - I fəxri xiyaban Məmməd Araz - qəbirustu abidə.
2011-ci ildə Bakı metropoliteni “Dərnəgül” stansiyasının bədii tərtibatını işləyib.
2012- ci ildə Xocalı sərgisində müsabiqədə I yerə layiq görülüb.
2014- cü ildə “Xocalı faciəsi” adlı müsabiqədə I yerə layiq görülüb.
Dəzgah və monumental heykəltəraşlıq sahəsində çalışır. Bir sıra icra olunmuş monumental layihələrin müəllifidir.
Əsərləri Fransa, Almaniya, Yuqoslaviya, Türkiyə, İran, Polşa, Rusiya, Ukrayna və Özbəkistanda nümayiş etdirilib, müxtəlif muzey və şəxsi kolleksiyalarda saxlanılır.
19 fevral 2015-ci il tarixində Xalq rəssamı, dosent Xanlar Əhmədov və “Rəssamlıq” fakültəsinin fəal tələbələri Hindistanda keçirilən “İncəsənət festivalı”nda iştirak etmişdilər. 13 mart tarixində isə “Hindistan İncəsənət festivalı”nın hesabat sərgisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin sərgi salonunda keçirilmişdi.
19 dekabr 2015-ci il tarixində Azərbaycan Mədəniyyət Fondu və SEBA (Suel-Bakı) Azərbaycan-Korea Mədəniyyət Mübadiləsi Assosiasiyasının təşkil etdiyi “Qəbələ IV Beynəlxalq İncəsənət sərgi”sində Xalq rəssamı, dosent Xanlar Əhmədovun əsəri sərgilənmişdi.
Xanlar Əhmədov çalışqan müəllim və ciddi tədqiqatçı olmaqla yanaşı, həm də səmimi, mehriban insan, qayğıkeş yoldaşdır.