Azərbaycanda ilk dəfə “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisasında peşəkar kadr və mütəxəssis hazırlayan “Muzeyşünaslıq” kafedrası 1991-ci ildən fəaliyyət göstərir. Muzeyşünaslıq kafedrası respublikada muzey və arxiv işi, abidələrin mühafizəsi sahəsində yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görür. Kafedra muzeyşünaslıq istiqaməti üzrə həm də elmi-tədqiqat mərkəzidir. Elmi nəşr, dərslik və digər tədris vəsaitlərinin hazırlanması istiqamətində fundamental tədbirlər həyata keçirən kafedranın əməkdaşlarının birgə müəllifi olduğu “Muzeyşünaslıq” (2002) dərsliyi respublikada bu sahə üzrə hazırlanmış ilk vəsaitdir. Hazırda kafedraya pedaqogika üzrə fəlsəfə doktoru, dosent Yeganə Eyvazova rəhbərlik edir.