Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aparıcı kafedralarından olan Ədəbiyyat və dillər kafedrası 1966-cı ildə yaradılıb. Audiovizual sənətlər fakültəsinin nəzdində fəaliyyət göstərən Ədəbiyyat və dillər kafedrasında tədris üç istiqamətdə aparılır. Kafedra ADMİU-nun əsas tədris, elmi struktur bölməsi olaraq Xarici dil, ədəbiyyat və Azərbaycan dili üzrə fənlərə uyğun olaraq tədris-metodiki, elmi-tədqiqat və elmi-pedaqoji işləri həyata keçirir. Hazırda kafedraya filologiya elmləri doktoru, professor Fəridə Səfiyeva rəhbərlik edir.