Kadrlar şöbəsi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin fəaliyyətə başladığı dövrdən yaradılmışdır.
Şöbənin fəaliyyətinin məqsədi Universitetdə insan resursları işinin təşkili və aparılmasıdır. Universitetin fəaliyyətində Əmək Qanunvericiliyinə riayət edilməsidir.
Şöbə Universitetin məqsədlərinə və strateji inkişaf tələblərinə uyğun olaraq, insan resurslarının planlaşdırılmasını təmin edir.
İşçilər haqqında məlumat bazasını formalaşdırır və məlumat bazasının müvafiq elektron proqram vasitəsilə avtomatlaşdırılması üzrə fəaliyyətini həyata keçirir.
Universitetdə bütün mövcud vəzifələr üzrə vəzifə təlimatlarının hazırlanmasını təşkil edir.
İnsan resursları üzrə sənədləşmələri və kadr-uçot işlərini aparır.
Şöbənin səlahiyyətlərinə dair məsələlər üzrə Universitetə daxil olan müraciətlərə baxır, hüquqi və fiziki şəxslərin məktublarına və sorğularına cavablar hazırlayır.
Qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları yerinə yetirir.
Hazırda şöbəyə Firəngiz Məmmədova rəhbərlik edir.