28 oktyabr 2016-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, YAP Gənclər Birliyinin və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin təşkilati dəstəyi ilə Abşeron Rəsm Qalereyasında saat 18:00-da “Bu-Ta”-nıtım lahiyəsinin açılışı olacaq.
30 nəfər gənc dekaorativ tətbiqi sənət ustasının münsiflər heyəti tərəfindən seçilmiş 50-ə yaxın əsəri 28,29, 30 oktyabr tarixlərində Abşeron Rəsm Qalereyasında nümayiş olunacaq.
“Bu-Ta”-nıtım layihəsi, bu layihədə iştirak edəcək gənclərin istedadlarının üzə çıxarılması, onların ölkə daxili və ölkə xaricində əlaqələrinin yaradılması, öz milli dəyərlərimizin xaricdə tanıdılması, gələcəkdə onların Azərbaycan incəsənətində, rəssamlığında, DTS tanınmış rəssam kimi öz yerini tutmağına təkan verəcək.