07.10.2016-cı il tarixində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Qızıl aypara cəmiyyətinin “Sağlamlıq” proqramının rəhbəri, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitunun “Pediatriya” kafedrasının dosenti, tibb elmləri üzrə fəlsəfə doktoru Mətanət Qaraxanova 1-ci kurs Sosial iş fakültəsinin tələbələrinə ustad dərsi keçib. Dərsin mövzusunu “10 oktyabr ümumdünya psixi sağlamlıq günü” təşkil edib.