AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ESTETİK TƏRBİYƏ ÜZRƏ RESPUBLİKA TƏDRİS-METODİK MƏRKƏZİNİN TƏSVİRİ SƏNƏT QALEREYASINDA TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB
AZƏRBAYCAN DÖVLƏT MƏDƏNİYYƏT VƏ İNCƏSƏNƏT UNİVERSİTETİNİN ƏMƏKDAŞLARI ESTETİK TƏRBİYƏ ÜZRƏ RESPUBLİKA TƏDRİS-METODİK MƏRKƏZİNİN TƏSVİRİ SƏNƏT QALEREYASINDA TƏCRÜBƏ MÜBADİLƏSİ APARILIB
06.10.2016
Oktyabr ayının 4-də Azərbaycan Respublikası Təhsil Nazirliyinin Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzinin Təsviri Sənət Qalereyasında Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Səhnə danışığı” kafedrasının müdiri, Respublikanın Əməkdar artisti, dosent Azad Şükürov və “Teatr sənəti” fakültəsinin “Dram rejissoru” kafedrasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Məleykə xanım Məmmədova ilə görüş keçirilib.
Görüşün keçirilməsində məqsəd görkəmli bədii qiraət ustalarının Mərkəz əməkdaşları ilə təcrübə mübadiləsinin aparılması, bədii qiraətin uşaq və gənclərə tədrisini təşkil edən metodistlərin gələcək fəaliyyətinin səviyyəsini daha da yüksəltməkdən ibarət olub.
Görüşdə Mərkəzin direktoru Kəmalə Cəfərzadə və Mərkəzin “Bədii qiraət” dərnəyinin müəllimləri də iştirak ediblər. Bədii qiraət, dram və nitq mədəniyyəti ilə bağlı məsələlərin müzakirəsi zamanı növ və sahələrindən söhbət açıb, günümüzdə səhnə danışığı kimi dərslərin tədrisinin vacibliyi vurğulayıblar.
Azad Şükürov çıxışı zamanı öz yaradıcılıq təcrübəsindən iclas iştirakşılarına bəhs edərək, hal-hazırda bu sahə üzrə tədrisin necə aparıldığından və Mərkəzin “Bədii qiraət” dərnəyinin müəllimlərini tanışlıq və təcrübələrinin artması məqsədi ilə Universitetə dəvət edib.
Daha sonra çıxış edən Mərkəzin direktoru Kəmalə Cəfərzadə görüş- seminarın əsas məqsədlərindən olan və Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzi tərəfindən keçiriləcək klassik Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi və mütəfəkkiri Nizami Gəncəvinin 875 illik yubileyinə həsr olunan baxış-müsabiqəsindən bəhs edib və bu müsabiqədə nominasiyalar sırasında həmçinin bədii-qiraət nominasiyası mövcud olduğunu vurğulayıb. Qiymətləndirmə zamanı şagirdlər arasında hansı meyarlara üstünlük veriləcəyi müzakirə olunub.
Daha sonra qonaqlar görüş iştirakçılarının suallarını cavablandırıblar. Suallar ləhçənin dildə yaratdığı problemlər, məntiqli vurğunun istifadəsi barədə, canlı söz həmçinin çıxış zamanı sujet xəttinin yaradılması və müəllim tərəfindən şagirdə aşılanmasının nə qədər vacib olduğu qeyd edilib. Sonda sənətkarların ifasında şeir kompozisiyaları dinlənilib.