Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Kitabxana Kollektoru vasitəsilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanasına bu ilin iyun ayında 168 nüsxə Azərbaycan, rus və ingilis dillərində olan ədəbiyyat hədiyyə etmişdir. Daxil olan ədəbiyyat universitetin tədris ixtisaslarına müvafiq seçilmişdir. Hazırda “Yeni Ədəbiyyat” sərgisi Kitabxana-İnformasiya Mərkəzinin Oxu zalında nümayiş olunur. Sərgi Ü.Hacıbəyovun “Ər və arvad”, R.Şəfəqin “Nizami musiqidə, sənətdə”, V.Adıgözəlovun “Yaradıcı həyatın anları”, R.Mirişlinin “Vətən düşüncələri” simfonik poeması, “Azərbaycanım” kantatası, R.Qasımovun “Tofiq Əhmədov”, S.Fərəcovun “Simli kvartet”, İ.Rəhimlinin “Səhnəyə qovuşan cığırlar”, A.Dadaşovun “Rejissor Cənnət Səlimova”, A.Talıbzadənin “Min maska və bir mən”, “Teatral freskalar”, Z.Əliyevin “Arif Hüseynov. Cizgilərin hikməti”, “Sarı gəlin. XX əsr Azərbaycan ədəbiyyatından seçmələr. Musiqili hekayələr”, “Cahangir Zeynalov. Həyat və yaradıcılığı haqqında sənədlər”, Azər-baycan Dövlət Kukla Teatrı, Rus Dram Teatrı, Film Fondu, Gənc Tamaşaçılar Teatrı cildlikləri, Ş.Qabıssanlının “Azərbaycan xalçalarının açılmamış sirləri”, N.Şəmsizadənin “Türk təfəkkürü məcrasında akademik Kamal Talıbzadə”, həmçinin lüğət və ensiklopediyalar, ingilis dilində ədəbiyyat və mədəniyyətimizin görkəmli şəxsiyyətlərindən bəhs edən bukletlər, tarix, ədəbiyyatşünaslıq, bədii ədəbiyyata aid kitablardan ibarətdir. Sərgi 15 gün müddətində müəllim və tələbələrimiz üçün açıqdır.