"Kulturologiya" fakültəsi "Muzeyşünaslıq" kafedrası müəllimi, kulturologiya üzrə fəlsəfə doktoru Kazımzadə Elnurə və "Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması" ixtisasının tələbələri ilə Qala Arxeoloji Etnoqrafik Muzey kompleksində “Multikulturalizm ili” çərçivəsində 28 may Respublika gününə həsr olunmuş “Orta əsr sənətkarlar mərkəzinə səyahət” adlı tədbirdə iştirak ediblər. Tədbir əntiq əşyalar muzeyində “Qədim musiqi alətləri ansamblı”nın çıxışı ilə başlanıb və ardınca iştirakçılara “əbru” sənəti haqqında əyani məlumat verilib. Sonra tələbələr arxeoloji-etnoqrafik muzey kompleksində, çörəkbişirmə, xınaçəkmə ilə yanaşı xalçaçılıq, dəmirçilik, qədim dulusçuluq emlatxanaları ilə yaxından tanış olublar.