“World Art Games - Dünya İncəsənət Oyunları” Monteneqroda 3-cü festıvalı və eyni zamanda konfransı keçirilib. (2013 Xorvatiya,2015 Slovakiya) 2016-cı il mayın 4-dən 12-nə qədər)
WAG-ın baş ofisi Xorvatiyada yerləşən 50-yə qədər ölkənin üzv olduğu beynəlxalq təşkilatdır. Missiyası dünyanın incəsənət şəbəkəsini yaratmaqdır. Əsas ideyası yaradıcı insanların öz dövlətlərini təmsil etmək, onun mədəniyyət və incəsənətini tanıtmaq, sülhə, dostluğa, xidmət etməkdir. Azərbaycan 2013-cü ildən bu təşkilatın üzvüdür və mütəmadi olaraq festivallarda iştirak edir.
Bu dəfəki festivalda ADMİU-nun magistraturasında təhsil alan rəssam Şəhla Abbasova və bu universitetin tələbəsi Məsumə Sadıgova da əsərləri ilə sərgidə iştirak ediblər. Yaradıcı gənclərin beynəlxalq festivalda iştirakı onların gələcək yaradıcılıq həyatlarına stimul verir, özünü təsdiqləmə, dünyaya çıxış, təcrübə toplamaq, yeni dostlar qazanmaq, ən əsası vətənlərini təmsil etmək şansı verir.
WAG-ın 3-cü festivalı Montenegronun paytaxtı Podgoriça şəhərində və Adriatik dənizinin sahilində yerləşən Sutomor şəhərində olub.. Dünyanın müxtəlif ölkələrindən yaradıcı insanların gəldiyi festivalın programında incəsənətin bütün sahələrini əhatə edən ( rəssamlıq, heykəltaraşlıq, grafika, musigi, teatr, film, bədii foto, dizayn,ədəbiyyat) tədbirlər olub. Yaradıcı insanlar bu tədbirlərə qatılaraq, vətənlərini, onun mədəniyyət və incəsənətini təmsil ediblər. Festival programının əsas tədbiri olan sərgi Podgoriça şəhərinin iki qallereyasında olub. Sərgini Montenegronun Mədəniyyət Nazirliyinin rəsmi nümayəndəsi ,WAG-ın prezidenti Peter Veys, WAG Montenegro Milli Komitəsinin prezidenti Miloş Miki Popoviç açig elan etdilər. Sərgidə Almaniya, İngiltərə, Yeni Zellandiya, Finlandiya,Meksika, Amerika, Kataloniya, İsrail, Albaniya, Kosova, Hollandiya, Mərrakeş, Macarıstan və digər ölkələr ilə yanaşı Azərbaycanın da rəssamları və heykəltaraşı sənət əsərlərini nümayiş etdiriblər. Universitetin magistri olan Şəhla Abbasovanın “Neft şəhəri” adlı əsəri sərgidə və kataloqda yer alıb və gənc rəssam sertifikatla təltif olunub.