Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti Kulturologiya fakultəsinin “Muzeyşünaslıq, arxiv işi və abidələrin qorunması” üzrə təhsil alan I kurs tələbələri Muzeyşünaslıq kafedrasının dosenti Elfira Məlikovanın rəhbərliyi ilə Şəki şəhərinin tarixi mədəniyyət abidələrini və muzeylərini ziyarət ediblər. Universitetin nümayəndə heyətini Şəki şəhər M.F.Axundzadə adına mədəniyyət mərkəzinin direktoru, ADMİU-nun məzunu Ağaəli Cəlilov qarşılayıb. Tələbələr Mədəniyyət Mərkəzinin fəaliyyəti, “Xalq Teatrı”, “Xalq Kollektivi”, “Rəqs kollektiv və ansambılları”, I Rəsm Qalereyasi , Tarix Diyarşünaslıq Muzeyi ilə tanış olub, Şəki xan sarayını da ziyarət ediblər.