Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində Teatr sənəti fakültəsinin payız semestri üzrə baxış imtahanları davam edir. Silsilə şəkildə keçirilən imtahanlarda tələbələr müxtəlif mövzularda tamaşalar ilə çıxış edəcəklər.
27 dekabr tarixində Dram teatrı və kino aktyoru kafedrasının müdiri Əməkdar artist, professor Gülşad Baxşıyevanın rəhbərliyi ilə III kurs Teatr və kino aktyorluğu ixtisasının tələbələrinin ifasında C.Cabbarlının “Almaz” əsəri nümayiş olunub. Fərqli quruluş və ifada təqdim olunan tamaşa Universitetin professor-müəllim, tələbə heyəti və valideynlər tərəfindən maraqla qarşılanıb.