ADMİU-DA "VƏTƏNİM AND YERİM" MUSİQİ MÜSABİQƏSİNİN YEKUN MƏRHƏLƏSİ
ADMİU-DA "VƏTƏNİM AND YERİM" MUSİQİ MÜSABİQƏSİNİN YEKUN MƏRHƏLƏSİ
25.12.2017
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və YAP Gənclər Birliyinin təşəbbüsü ilə həyata keçirilən "Vətənim and yerim" musiqi müsabiqəsinin yekun mərhələsi başa çatıb.
“Səda” Tədris Teatrında Universitetin professor-müəllim və tələbə heyətinin iştirak ilə keçirilən tədbirdə 10 final iştirakçı tərəfindən vətənpərvərlik mövzusunda musiqi nümunələri səslənib. Daha sonra Aşıq sənəti kafedrasının müdiri, dosent Əhliman Rəhimov, dosent Fəzail Orucov, layihə rəhbəri YAP Gənclər Birliyinin sədri Orxan Məmmədov layihənin əsas məqsədindən və yeni vətənpərvərlik mahnılarının yazılması, yayılması barəsində ətraflı məlumat verib.
Sonda münsiflər tərəfindən səsvermə yolu ilə I yerə Azərbaycan Turizm və Menecment Universitetinin II kurs tələbəsi Nadir Rüstəmli, II yerə Xırdalan şəhər 2 saylı tam orta məktəbin X sinif şagirdi Təbriz Qaragözlü, III yerə isə Musiqi sənəti fakültəsinin II kurs tələbəsi Sevinc Abidinova seçilib. Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun nümayəndəsi Günay Qədimbəyova tərəfindən qaliblərə diplom, layihənin bütün iştirakçılarına isə sertifikat təqdim olunub.