ADMİU Beynəlxalq əlaqələrini müstəqil dövlətimizin təhsil strategiyası və təhsil konsepsiyası əsasında qurur. Bədii təhsilin özəlliyi sivilizasiyalararası dialoqun, mədəni təhsil üçün əhəmiyyətini artırmaq kontekstində, təhsildə beynəlxalq əlaqələr konsepsiyası yaratmaqdadır. Biz təhsil və bədii yaradıcılıq sahəsində nailiyyətlərimizi beynəlxalq humanitar formada dünyaya təqdim edirik. Bu məqsədlə ADMİU-nun Beynəlxalq əlaqələr və əcnəbi tələbələrlə iş üzrə şöbəsi davamlı və çoxşaxəli fəaliyyət göstərir. Bu fəaliyyətin nəticəsi olaraq 2017-2018-ci tədris ilində Universitet dünyanın bədii təhsil verən aparıcı ali məktəbləri ilə 11 əməkdaşlıq müqaviləsi imzalayıb, universitetin profesor-müəllim və tələbə heyəti 17 ölkədə səfərdə olub, dünyanın tanınmış mütəxəssisləri tərəfindən universitetin müvafiq ixtisaslarında 21 ustad dərsi keçirilmişdir.
Hazırda Universitetdə 58 nəfər əcnəbi tələbə təhsil almaqdadır. Tələbələr Universitetin müxtəlif fakultələrində yüksək ixtisaslı və təcrübəli müəllimlər tərəfindən dərs alırlar. Bu tələbələrin ictimai fəaliyyətini və günlük həyatını zənginləşdirmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Növbəti tədbir əcnəbi tələbələr tərəfindən hazırlanan “Bakı - arzularımı gerçəkləşdirən şəhər” ("Baku - the city realizing my dreams") adlı təqdimat olub. Əcnəbi tələbələr Bakını əks etdirən videoçarx nümyiş etidirərək şəhər haqqında təəssüratlarını, böyük şəhərin müasir infrastrukturu və inkişafı haqqında fikirlərini Azərbaycan dilində ifadə ediblər. Türkiyə, İran, Şri-Lanka və Hindistandan olan tələbələr Bakını xəyallarının gerçəkləşdiyi şəhər adlandırıblar. Sonda əcnəbi tələbələr Universitetdə bəzədilən şam ağacı ətrafında Azərbaycan musiqisi dinləyərək Bakıda keçirəcəkləri ilk yeni il bayramını foto şəkillərlə əbədiləşdiribilər.