AADMİU MÜƏLLİMİNİN "AZƏRBAYCAN BƏDİİ TİKMƏ SƏNƏTİ" MÜHAZİRƏSİ
ADMİU MÜƏLLİMİNİN "AZƏRBAYCAN BƏDİİ TİKMƏ SƏNƏTİ" MÜHAZİRƏSİ
06.12.2017
Heydər Əliyev Mərkəzi və Regional İnkişaf İctimai Birliyinin (RİİB) təşkilatçılığı ilə Masallı rayonu “ASAN Həyat” kompleksindəki Heydər Əliyev İncəsənət Məktəbində “Azərbaycan bədii tikmə sənəti” mövzusunda mühazirə təşkil olunub. Mühazirəni Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Rəssamlıq fakültəsinin dekan müavini, Təsviri sənət tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Türkan Abbasova aparıb. Tədbirdə Azərbaycan bədii tikmə sənətinin meydana gəlmə tarixi və inkişaf mərhələləri, Azərbaycan geyim mədəniyyətində rolu haqda məlumat verilib, iştirakçılar bədii tikmə nümunələri ilə yaxından tanış olublar.